Alternative content

17:51 21 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
ANA SƏHİFƏ / Fərmanlar
01:00 30.06.2019


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 13 fevral tarixli 363 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 80, № 3, maddə 235; 2007, № 9, maddə 870; 2008, № 11, maddə 970; 2009, № 5, maddə 323; 2011, № 2, maddə 85; 2012, № 3, maddə 198; 2016, № 5, maddə 863, № 7, maddə 1263; 2017, № 5, maddə 828, № 12, maddə 2336; 2018, № 4, maddə 685) ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10-cu hissənin birinci cümləsində "regional orqanlar, ikili tabelikdə olan yerli bölmələr” sözləri "dövlət agentlikləri, dövlət xidmətləri, yerli bölmələr” sözləri ilə, "tabeliyində olan digər qurumlar” sözləri "strukturuna daxil olmayan tabeliyindəki qurumlar” sözləri ilə əvəz edilsin;

1.2. 14.2-ci bənddə "tabeliyində olan qurumların” sözləri "strukturuna daxil olan qurumların” sözləri ilə əvəz edilsin və həmin bəndə "əsasnamələrinin” sözündən sonra ", strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələrini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təsdiq etdikləri hüquqi şəxslər istisna olmaqla) nizamnamələrinin” sözləri əlavə edilsin;

1.3. 14.2-1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"14.2-1. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Orqanın strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini təsdiq olunmaq üçün təqdim edir;”;

1.4. 14.4-cü bənddə "orqanlarının rəhbərlərini” sözləri "qurumlarının rəhbərlərini (Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi şəxslər istisna olmaqla)” sözləri ilə, "qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir” sözləri "Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq təqdimat əsasında vəzifəyə təyin və vəzifədən azad edir, yaxud buna razılıq verir” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2019-cu il



Digər xəbərlər
NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM