30 Iyun 2019 00:48
675
İQTİSADİYYAT
A- A+

Sabirabadda indiyədək 14 tondan çox barama istehsal olunub


Sabirabadda aqrar bölmənin digər sahələri ilə yanaşı ənənəvi və strateji sahə olan baramaçılığın inkişafına da xüsusi diqqət yetirilir.

Son illər dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya rayonda ipəkçiliyə olan marağı xeyli artırıb. Əgər ötən il rayon üzrə 338 ailə barama istehsalı ilə məşğul olubsa, bu mövsüm onların sayı 500-ə çatıb.

Rayon dövlət aqrar inkişaf mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 14 ton 200 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 20 ton məhsul istehsal etmək nəzərdə tutulub. Bunun üçün 500 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.

Xeyli vaxtdır ki, rayon kümçüləri bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. İndiyədək tədarük məntəqəsinə 14 ton 34 kiloqram barama təhvil edilib ki, bu da istehsalı nəzərdə tutulan baramanın 77,17 faizini təşkil edir. Rayonun Nizami kənd sakini Teymur Bəhramov üçüncü ildir ki, ipəkqurdu bəsləyir və hər il də yaxşı nəticə əldə edir. "Ötən il ailə üzvlərimlə birlikdə 8 qutu ipəkqurdu bəsləyərək 410 kiloqram barama tədarük etdik. İstehsal etdiyimiz məhsuldan 3690 manat gəlir götürdük. Bu il də 8 qutu ipəkqurdu toxumu götürüb bəsləmişik və 461 kiloqram məhsul tədarük etmişik. Hesablamama görə qazancımız ötən ildəkindən 459 manat çox olacaq” deyə kümçü bildirib.

Qeyd edək ki, son üç ildə rayonda baramaçılığın inkişafı məqsədilə 82 min ədəd tut tingi əkilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video