Alternative content

11:01 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünyanı “qovuran” istilik
Dünyanı “qovuran” istilik
ANA SƏHİFƏ / Elm və texnika
00:38 30.06.2019


Müasir dövrdə insanlığı narahat edən ən ciddi və həlli vacib problemlərdən biri qlobal istiləşmədir. Qlobal istiləşmə - Yer atmosferinin və Dünya okeanının orta illik hərarətinin tədricən artması prosesidir.

Klimatologiya ilə məşğul olan alimlər qlobal istiləşmənin baş verməsini vaxtında etiraf etməsələr də, sonda məsələnin ciddiliyini nəzərə alaraq, XX əsrin II yarısından başlayaraq genişmiqyaslı qlobal istiləşmə baş verdiyini elan etdilər. Onlar bunun təsirinin çox ciddi olacağını vurğulayaraq həyəcan təbili çalmağa başladılar. Bəs qlobal istiləşmənin baş vermə səbəbləri hansılardır?

Əsas səbəb istixana effekti yaradan təbəqə ilə bağlıdır. Məlumdur ki, biz Yer səthində orta hesabla +20 dərəcə Selsi hərarətdə yaşayırıq. Bunun səbəbi Yer atmosferində su buxarı, karbon, metan, ozon və s. qazlardan ibarət təbəqənin mövcud olmasıdır. Bu təbəqə Yer atmosferində təxminən 25 kilometrlik yüksəklikdə yerləşir. Həmin atmosfer təbəqəsi Günəşin istilik şüalarını Yerə doğru maneəsiz buraxır, yəni bu istilik şüaları Yer atmosferindən udulmadan keçirlər. Şüalar Yer səthindən əks olunub, həmin təbəqəyə çatanda qazlar bu şüaları əks etdirərək yenidən Yerə qaytarırlar. Bu proses eynən insanların yerdə yaratdığı süni istixanalarda baş verən proseslərə bənzəyir. Məhz bu tənzimləmə hesabına Yer səthində orta illik hərarət +18-20 dərəcə Selsi olur. Əgər bu təbəqə olmasaydı, onda planetimizdə -20 dərəcə Selsi şaxta olardı. Yerin səthi buzla örtülərdi, su maye halında deyil, buz halında olardı. Deməli, istixana qazları özlüyündə Yerdəki həyat üçün çox vacibdir. Onlar Günəşdən Yer səthinə düşən enerjinin tam səpilməsinin qarşısını alır, planetin səthində həyat üçün zəruri temperatur intervalını təmin edir. Lakin bu qazların miqdarı yüksəldikcə temperatur həddən çox artaraq təhlükəli həddə yaxınlaşır. Bu, "istixana” effekti adlanır. Yer səthində "istixana qazları”nın konsentrasiyasının artması yerdəki artıq infraqırmızı şüalanmanın geriyə - kosmosa səpilməsinin qarşısını alan "qaz örtüyü”nə çevrilir. Nəticədə Yer səthi nazik təbəqə ilə örtülmüş istixanaya bənzəyir. Sonda Günəşdən gələn enerjinin böyük hissəsi Yerə yaxın qatlarda toplanaraq onun səthinin və atmosfer havasının qızmasına səbəb olur.

Qlobal istiləşmə hansı problemlərə gətirib çıxarır, həyatımıza necə təsir edir?

Dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən, okean dərinliklərinə, ekvatordan qütblərə qədər dünyanın hər yerində hiss edilir. Qütblərdəki buzlaqlar əriyir, dəniz suyu səviyyəsi yüksəlir. Məsələn, 1960-cı illərin sonlarından bu yana Şimal yarımkürəsində qar örtüyündə yüzdə 10 azalma olub. XX əsr boyunca dəniz səviyyələrində də 10-25 sm arasında artım olduğu müəyyənləşib. Qlobal istiləşməyə bağlı olaraq, dünyanın bəzi bölgələrində qasırğalar, sellər və daşqınların şiddəti və sıxlığı artarkən bəzi bölgələrdə uzun, davamlı, güclü quraqlıqlar və səhralaşmalar baş verir. Qışda istiliklər artır, yaz erkən gəlir, payız gecikir, heyvanların köç dövrləri dəyişir. İqlim dəyişikliklərinə dözə bilməyən bitki və heyvan növləri ya azalır, ya da tamamilə yox olur.

Planetimizin orta temperaturunun qalxmasının hava axınlarının şiddətini artıracağı, ekoloji sistemə məhvedici təsir göstərərək bəzi meşələri tam, yaxud qismən yox edəcəyi, bəzi heyvan növlərinin nəslini kəsəcəyi gözlənilir. Səhralaşmanın artacağı, quraqlıq ilə bağlı iflic olan kənd təsərrüfatının gətirəcəyi yoxsulluq və səfalət də bədbin gözləntilərdəndir.

Çoxsaylı məlumatlar sübuta yetirir ki, qlobal istiləşmə insanların da sağlamlığına ciddi təsir göstərir. Faciəli meteoroloji hadisələr, ərzaq və su ehtiyatlarına təsir edən qeyri-sabit iqlim şəraiti, infeksion xəstəliklərin baş verməsinin yeni modelləri və ekosistemlərin dəyişməsi ilə xəstəliklərin yaranması - bütün bunlar qlobal istiləşmədən irəli gəlir və sağlamlıq üçün təhlükə törədir. Alimlər iqlim dəyişikliklərinin ürək, tənəffüs yolu, yoluxucu, allergik və bəzi digər xəstəliklərə təsir gostərdiyi fikrindədirlər.

Bəs qlobal istiləşmənin qarşısını almaq üçün nə etməli?

Planetimiz kompleks bir sistem olub, özünü tənzimləmək xüsusiyyətinə malikdir. Lakin bəzi alimlər hesab edir ki, "istixana” qazları içərisində karbon daha böyük paya sahib olduğu üçün qlobal istiləşmənin qarşısını almağa yönələn əksər cəhdlər onun atmosferdəki miqdarını azaltmaq üzərində cəmləşib. Bu məqsədə xidmət edən ideyalardan biri də karbon qazının okeanlar tərəfindən daha çox udulmasını təşkil etməkdir.

Dünya okeanı böyük miqdarda karbon qazı mənimsəyir, lakin onun xaric etdiyi qazın miqdarı da az deyil. Hesablamalara görə, okeanlar hər il 100 milyard ton karbon qazı udur. Bu qazın 98 faizi geri qayıtdığı halda cəmi 2 faizi birləşmələr şəklində okeanda qalır. Əgər karbon qazının mənimsənilmə faizini hər hansı bir yolla artıra bilsək, atmosferdəki karbon qazının miqdarının azalmasına nail ola bilərik. Əlbəttə ki, karbon qazının miqdarını azaltmaq mümkündür - fitoplanktonlar sayəsində. Su ekosisteminin ilk halqası sayılan fitoplanktonlar havadakı karbon qazını udaraq ondan çoxsaylı üzvi birləşmələr hazırlayırlar. Öldükləri zaman okeanın dibinə çökürlər. Beləcə, özləri ilə birlikdə karbonu da okean dibinə çökdürmüş olurlar. Əgər bu orqanizmlərin okean suyundakı miqdarını artırmaq mümkün olsa, okean tərəfindən udulan karbon qazının miqdarı da artmış olar. Ötən əsrin sonlarında Con Martin bunun yolunu tapmışdı. Alim təklif edirdi ki, fitoplankton sayının artması üçün dəmirin qatılığını artırmaq lazımdır. Dəmir xlorofilin sintezi kimi vacib proseslərdə iştirak edərək fitoplanktonlar üçün həyati əhəmiyyəti olan bir elementdir. Artan fitoplanktonlar atmosferdən daha çox karbon qazı udmaqla onun qatılığını azalda bilərlər.

Sonrakı illər okean miqyasında keçirilən təcrübələr Con Martinin fikirlərini təsdiq etdi. Belə çıxır ki, qlobal istiləşmənin qarşısını almaq üçün okeanlara dəmir tərkibli gübrələr vermək lazımdır...

1860-cı ildən günümüzə qədər tutulan qeydlər qlobal istiliyin 0,5-0,8 dərəcə artdığını göstərir. Elm adamları həyəcan təbili çalırlar ki, temperaturun 1,5 dərəcəni keçməməsi üçün karbon qazı tullantıları 2030-cu ilə kimi 45 faiz azaldılmalı, 2040-cı ilə kimi sıfıra çatdırılmalıdır. Bunun həll yollarından biri Con Martinin kəşfidir. Problemin qlobal olduğunu düşünəndə, bir çıxış yolunun olması belə sevindirici sayılmalıdır. Axı söhbət planetimizin, bütün insanlığın gələcəyindən gedir...

Xəyalə MURADLI ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM