Alternative content

11:04 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əsnəməyi bacarmayan yeganə heyvan
Əsnəməyi bacarmayan yeganə heyvan
ANA SƏHİFƏ / Elm və texnika
00:36 30.06.2019


Dünyanın ən hündür canlısı olan zürafə təbii şəkildə yalnız Afrikada yaşayır. Ümumiyyətlə, savannalarda, otlaqlarda və açıq meşələrdə, akasiya ağacının yetişdiyi bölgələrdə həyatlarını davam etdirirlər.

Uzun boynu ona yerdə bitən otla yemlənməyə çox mane olsa da, əvəzində üst dodağı və uzun dili ən hündür budaqlardakı yaşıl yarpaqları da qoparmağa imkan verir. Zürafələrin səs telləri yoxdur.

Bu canlı yaşaya bilmək üçün ürəyindən iki metr yuxarıda yerləşən beyninə qan göndərməlidir. Buna görə də olduqca güclü ürəyə ehtiyacı var. Zürafənin ürəyi 350 mm Hg-lik təzyiqlə qan vura biləcək gücə malikdir. İnsanı öldürə biləcək qədər güclü olan bu sistem xüsusi qapalı yerdə yerləşib. Təzyiqin ölümcül təsirini aradan qaldırmaq üçün bura kiçik damarlarla əhatə olunub. Başdan ürəyə qədər olan hissədə yuxarı çıxan və aşağı enən damarların əmələ gətirdiyi U şəklində bir sistem mövcuddur. Qanın əks istiqamətdə axdığı damarlar təzyiqi sıfıra endirir, beləliklə də, heyvan ani qanamalara səbəb olan daxili təzyiqdən xilas olur.

Zürafə əsnəməyi bacarmayan yeganə heyvandır. Əvəzində böyürə, fışıldaya, yüngülvarı nərildəyə və vıyıldaya bilir. Bütün bu səslərdən öz aralarında istifadə edirlər.

Dilinin uzunluğu 50 sm-dək olur. Özü də qara rəngdədir. Təkcə boynunun yox, quyruğunun uzunluğuna görə də heyvanlar aləmində rekordçular siyahısındadır: 2,5 metr! Bir addımının uzunluğu 4 metrdir. Nadir heyvanlardandır ki, qaçarkən qabaq ayaqlarından istifadə edir. Saatda 50 km sürətlə qaça bilir.

Zürafənin çəkisi 1-2 tonadək olur. Bunun 250 kilosu boğazının, 10 kilosu ürəyinin payına düşür. Ürəyi dəqiqədə 170 dəfə vurur.

Ayaq üstə 5 dəqiqəyədək yata bilirlər. Ümumiyyətlə, gün ərzində 60 dəqiqəyədək yatırlar. Əvəzində 16-20 saat yeyirlər.

Xallarının rəngi nə qədər tünd olsa - yaşları da bir o qədər çox olur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM