Alternative content

00:45 16 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Mənə dəniz verin...”
“Mənə dəniz verin...”
ANA SƏHİFƏ / Səhiyyə
00:31 30.06.2019


Artıq çimərlik mövsümü başlayıb və yayın qızmarından can qurtarmaq istəyənlər üz tutub dənizə. Amma dənizdə çimmək təkcə sərinləmək üçün deyil, həm də insan orqanizminə inanılmaz dərəcədə fayda verir.

Terapevt İbrahim Əfəndiyev bildirir ki, səhər tezdən və axşam saatlarında dəniz kənarında havada yod təbəqəsi yaranır ki, bu da insan orqanizmi üçün çox xeyirlidir.

Yodun antiseptik təsirə malik olduğunu deyən həkimin sözlərinə görə, qalxanvari vəzin xəstəlikləri zamanı yod çatışmazlığından əziyyət çəkən şəxslər mütəmadi olaraq dəniz kənarına getdikdə dərmana ehtiyac olmadan da sağala bilirlər. Yod həm dəniz suyu, həm də onun havası vasitəsilə dəridən keçərək orqanizmə daxil olur. Dəniz suyunun tərkibində olan duzlar, mikroelementlər bir çox oynaq xəstəliklərinin, sinir sisteminin, hətta dəri xəstəliklərinin sağalmasına kömək edir. Amma diqqət etmək lazımdır ki, getdiyiniz çimərliyin suyu təmiz olsun.

Həkimin sözlərinə əsasən, günəşli hava çimmək üçün faydalı olsa da, günəşin qızmar vaxtlarında dənizə girmək zərərlidir: "Günəş şüaları dənizin suyunda olan bəzi mikrobları məhv edir, ancaq günorta saatlarında infraqırmızı şüalar çox olur və onlar dəniz suyunun tərkibində olan mikroblara təsir edə bilmir. Buna görə də həmin vaxt dənizə girmək məsləhət deyil”.


"Ağ qan”a oxşar - su


Fransalı bioloq Rene Kenton isə sübut edib ki, dəniz suyu tərkibinə görə qanın plazmasına (qanın ağ hissəsi) oxşayır. Dərinin məsamələrindən orqanizmə daxil olan dəniz suyu, hüceyrələrin yenilənməsi proseslərini sürətləndirir, orqanizmi vacib minerallarla (kalium, kalsium, yod, kükürd, brom və s.) zənginləşdirir.

Eyni zamanda aşağıda sadalanan xəstəliklərin sağalmasına kömək edir.

- Nəfəsalma sistemi xəstəlikləri (bronxit, haymorit, xroniki rinit).

- Dəri xəstəlikləri (psoriaz, ekzema, neyrodermit, xroniki dermatoz). Dəniz suyu antiseptik və iltihabəleyhinə xüsusiyyətlərə malikdir, dərini qurudur, səpkilərin azalmasına kömək edir.

- Sinir sistemi xəstəlikləri. Yod və bromla zəngin olan dəniz suyu sinir sistemini sakitləşdirir.

- Piylənmə. Dəniz suyu mübadilə proseslərini sürətləndirir və arıqlamağa kömək edir.

- Oynaq və sümük xəstəlikləri. Kalsiumla zəngin olan dəniz suyu oynaq və sümükləri möhkəmləndirir, oynaqlarda iltihabları və ödəmləri azaldır, qan dövranını yaxşılaşdırır.

- Ürək-damar sistemi xəstəlikləri. Dəniz suyu qan dövranını yaxşılaşdırır, damar və ürəyi yaxşı məşq etdirir. Həmçinin kaliumla zəngin olduğundan dəniz suyu ürək əzələsini möhkəmləndirir.

- İmmunitet. Dəniz suyu immun sistemini möhkəmləndirir.


Bu qaydalara riayət etmək vacibdir


11:00-dan 17:00-a qədər dənizə girməyin.

Suda 10-15 dəqiqə vaxt keçirmək kifayətdir.

Hava çox istidirsə, suya tədricən girmək lazımdır. Əks halda damarlar ani sıxıla bilər ki, bu da ürək tutması və hətta infarkta səbəb ola bilər.

Sudan çıxandan dərhal sonra nəm paltarınızı dəyişin. Uzun müddət ərzində nəm paltarda qalmaq böyrək xəstəlikləri riskini artırır.

Sudan çıxanda 15 dəqiqə gözləyin (duz və faydalı mineralların təsirini artırmaq üçün) və sonra mütləq duş qəbul edin. Dəniz suyu dərini qurudur ki, bu da günəş yanıqları riskini artırır. Həmçinin dərinin quruması onu qocaldır.

Suyun temperaturu artdıqca onun faydası azalır və suda olan mikrobların sayı artır. Bu səbəbdən temperaturu 24-25 Selsiyə qədər olan suda çimmək daha faydalı sayılır.


Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM