Alternative content

22:56 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qarpız kəsdim bal kimi…
Qarpız kəsdim bal kimi…
ANA SƏHİFƏ / Səhiyyə
00:31 30.06.2019


Qarpız PP, C, D, B1, B2, B6 vitaminləri, dəmir, mis, sink, fosfor, kalsium duzları və fol turşusu ilə zəngindir.

Bütün bu vitamin və mikroelement bazası qaraciyərdə mübadilə prosesini stimullaşdırır, ödün tərkibini yaxşılaşdırır, öd kisəsi və kanalda daşların əmələ gəlməsinin qarşısını alır. Məhz bu səbəbdən qarpız xroniki hepatit və xolesistit zamanı istifadə olunur.

Tərkibində olan dəmir duzlarının miqadarına görə yalnız ispanaq və kahı yarpaqlarından geri qalır. Fol turşusunun miqdarına görə isə birinici yeri tutur. Buna görə qan azlığı və dəmir defisitli anemiya zamanı qarpız tövsiyə olunur.

Qarpız likopin sayəsində xərçəng hüceyrələrinin müxtəlif növləri ilə savaşır. Bunlara: qida borusu xərçəngi, prostat, mədə, süd vəziləri, mədəaltı vəz və digər xərçəng növləri daxildir.

Bundan əlavə, qarpız güclü sidikqovucu vasitədir. Bu, həmçinin böyrəkdən, sidik kisəsi və sidik axarından daşların çıxmasına və parçalanmasına, sistitin müalicəsinə kömək edir.

Qarpızın tərkibində olan sellüloz, zəhərlənmə prosesində bağırsaqlarda yaranan toksinləri özünə hopduraraq bağırsaq mikroflorasını yaxşılaşdırır.

Qarpızdan, həmçinin pektin əldə olunur. Pektin isə orqanizmdən toksik maddələrin, duzların və ağır metalların çıxarılmasında istifadə olunur. Buna görə də, qarpız, cərrahi əməliyyatlardan sonra xəstələrə məsləhət görülür. Xüsusilə narkoz altında keçirilən əməliyyatlarda.

Yalnız meteorizmdən (köpmə) əziyyət çəkənlər və şəkər xəstələri üçün qarpız məsləhət görülmür.

Həmçinin qarpız mövsümündə yeyildikdə sadalanan xeyirli xüsusiyyətlərindən yararlanmaq mümkündür.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM