Alternative content

22:56 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Arıqlamağın faydaları - bir çox xəstəlikdən azad olacaqsınız
Arıqlamağın faydaları - bir çox xəstəlikdən azad olacaqsınız
ANA SƏHİFƏ / Səhiyyə
00:28 30.06.2019


Bədən çəkisinin normal olması insanın sağlamlığında olduqca böyük rol oynayır. Artıq çəkidən azad olmaqla siz özünüzü bir çox ciddi xəstəliklərdən qoruya bilərsiniz:

- Ürək-damar sistemi xəstəlikləri

Artıq çəkisi olan insanlarda normal çəkisi olan insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinin riski 3-4 dəfə çoxdur. Belə insanlarda ürək böyük gərginliyə məruz qalır və bu ürəyin daha tez yaşlanmasına, müxtəlif pozulmaların əmələ gəlməsinə şərait yaradır. Nəzərə almaq lazımdır ki, bütün dünyada ürək-damar sistemi xəstəlikləri ölümün əsas səbəbi sayılır.

- Şəkərli diabet

Statistika göstərir ki, 2-ci tip şəkərli diabeti olan insanların 90%-də artıq çəki var. Piylənmə zamanı karbohidrat mübadiləsi pozulur, hüceyrələrin insulinə qarşı həssaslığı azalır. Bunlar isə şəkərli diabetin inkişafına təkan verir.

Şəkərli diabetin əsas profilaktik tədbiri bədən çəkisini normada saxlamaqdır.

- Qaraciyərin piylənməsi (hepatoz)

Artıq çəkisi olan insanlarda piy qaraciyərdə yığılmağa başlayır. Nəticədə orqanın fəaliyyəti pozulur, ağır, geriyədönməz pozulmalar inkişaf edir.

- Oynaq xəstəlikləri

Artıq çəkisi olan insanlarda oynaqlar (söhbət bütün oynaqlardan və o cümlədən onurğa sütunundan gedir) həddindən artıq yüklənir və bu da oynaqlarda pozulmaların inkişafına gətirib çıxarır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM