Alternative content

07:38 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gözləriniz yanmasın
Gözləriniz yanmasın
ANA SƏHİFƏ / Səhiyyə
00:26 30.06.2019


Günəş eynəkləri seçərkən görünüşə deyil, keyfiyyətə üstünlük verilməlidir. Bu barədə oftalmoloq Fariz Sadıqov bildirib ki, çox dar eynəklərdən istifadə edilməsi məsləhət deyil.

Eynək alarkən gözün forması nəzərə alınmalıdır. Yaxşı olar ki, gözün kənarlarını qapadan çərçivəli eynəklər seçilsin ki, günəş şüaları kənarlardan daxil olub gözə zərər verməsin. Eynək seçərkən mütləq şüşəsinin ultrabənövşəyi qoruyucu xüsusiyyəti nəzərə alınmalıdır.

Mütəxəssis bildirib ki, eynəkləri şüşəsinin sertifikatına baxıb almaq lazımdır. Bunlar Uv-100%, Uv-98% və ya Uv-400 qoruyucu şüşələr olmalıdır. Yaxşı olar ki, eynəklər optika mağazalarından alınsın.

Onun sözlərinə görə, ikinci diqqət edilməsi vacib olan məqam ətrafı rahat və şəffaf göstərən şüşə seçimi olmalıdır. Belə olduqda eynəklər ətrafı aydın göstərir və gözləri yormur.

Rənglərə gəlincə, Günəşdən çox narahat olan həssas insanlara, tünd rəngli eynəklər tövsiyə edilir. Üst hissəsi tünd, alt hissəsi açıq şüşələrdən də istifadə edilə bilər. Amma həmin şüşələr çox qızmar gündə məsləhət görülmür.

Həkim sürücülərə tünd şüşəli eynəkləri o qədər də məsləhət görmür, çünki həmin eynəklər tunel kimi qaranlıq yerlərdə narahatlıq yarada bilər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM