29 Iyun 2019 16:31
487
İQTİSADİYYAT
A- A+

Bakı Metropoliteni yay qrafikinə keçir

Tədris mövsümünün başa çatması, eləcə də paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu səbəbdən, hər il olduğu kimi, Bakı Metropolitenində qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.

"Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, iyulun 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiriləcək. Mövsümi qrafikə uyğun olaraq, qatarlararası intervallar cüzi artırılacaq. Başqa sözlə, sərnişinlərin əsas axın saatlarında "Həzi Aslanov” stansiyasından "28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə olacaq.

Metropolitendə gur hərəkət səhər saat 7:30-dan 9:30-a, axşam isə 17:30-dan 19:30-dək davam edir. Sərnişinlərin az olduğu səhər erkən və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət tərtib ediləcək. Xətlərin "28 May” stansiyasında bir-biri ilə birləşməsini nəzərə alaraq, bu stansiyadan "İçərişəhər” və "Dərnəgül” stansiyalarına doğru qatarlar arasında interval müvafiq olaraq, iki dəfə çox - gur saatlarda 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.

Günün müəyyən vaxtlarında sərnişinlər "Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın "Dərnəgül” və ya "İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük intervalla rastlaşırlar. Bu, qatarların texniki qulluq məqsədilə "Nərimanov” elektrik deposuna daxil olması və orada xəttə yola salınması ilə bağlıdır və texniki tələblərə uyğun olaraq, zəruri addımdır.

Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə qalacaq. Sərnişinlərin və "Bakı Metropoliteni” QSC-nin rəsmi saytının istifadəçilərinin marağı və müraciəti nəzərə alınaraq "Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli yeni qrafik qüvvəyə mindiyi gün saytın müvafiq bölməsində dərc olunacaq və stansiyalarda yerləşdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video