Alternative content

07:49 23 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:29 23.10.2019 Diplomatik zərbə
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan vətəndaşının rifahı dövlətin sosial siyasətinin qayəsini təşkil edir
Azərbaycan vətəndaşının rifahı dövlətin sosial siyasətinin qayəsini təşkil edir
ANA SƏHİFƏ / SİYASƏT
01:42 29.06.2019


Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı son illər imzaladığı sərəncamların Azərbaycan vətəndaşının həyat səviyyəsinin və onun sosial rifahının yüksəlməsinə xidmət etməsi şəksizdir. Dövlət başçısı ötən ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra çox geniş islahatlar paketini həyata keçirəcəyini, ciddi sosial qərarlar qəbul edəcəyini bildirmişdi və dediyinə də tez bir zamanda əməl etdi.

Bu ilin fevralında imzaladığı sərəncamla minimum əməkhaqqını 130 manatdan 180 manata çatdıraraq yaşayış minimumu ilə eyniləşdirdi. Bu qərardan qısa müddət sonra ikinci sosial paket qəbul edildi. Beləliklə, təxminən son yarım il ərzində minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırıldı.

İyunun 18-də imzalanan sərəncamlar sayəsində sosialyönümlü islahatların daha da dərinləşməsi və geniş təbəqələri əhatə etməsi Prezidentin islahatçı lider kursuna sadiq qalmasını təsdiq edir. Diqqəti çəkən odur ki, bu addımlar kampaniya xarakterli deyil, cari tədbirlərə bənzəmir. Cənab İlham Əliyev ölkə vətəndaşlarının sosial müdafiəsini dövlət səviyyəsində gücləndirir, eyni zamanda özəl sahənin təmsilçilərini, biznes qurumlarının rəhbərlərini də dövlətin sosial siyasətinin reallaşmasında yaxından iştirak etməyə sövq edir.

Dövlət başçısının imzaladığı sonuncu sərəncamları ilə hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilərlə birlikdə təhsil sahəsində işləyənlərin də əməkhaqları artırılıb. Bu o deməkdir ki, dövlət ölkənin müdafiə qüdrətini düşündüyü qədər təhsildə çalışanların da qayğısına qalır. Çünki müəllimin həyat səviyyəsinin yaxşılaşdırılması, onun sosial müdafiəsinin gücləndirilməsi bütünlükdə cəmiyyətin inkişafına verilən ən güclü dəstəkdir.

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır. Prezident

İlham Əliyev respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmağı mühüm vəzifə kimi qarşıya qoyub. Bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan qısa müddətdə insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və MDB məkanında lider mövqeyə yüksəlib.

Azərbaycan Prezidentinin məhz xalqın mənafeyindən irəli gələn siyasət həyata keçirməsi qarşıya qoyulan yeni hədəflərə sürətlə nail olmağa imkan verir. Ölkə əhalisinin sosial rifahının daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradır, insanları eyni amal, eyni məqsədlər uğrunda birləşdirir. Çünki əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır.

Bu ilin əvvəlindən ötən il anonsu verilən böyük sosial paketin icrası, onun ardınca ikinci sosial paketin tətbiqi insanlarda yüksək həyat səviyyəsinə əminlik yaradır, xalq öz dövlətinə, liderinə daha çox güvənir, daha sıx bağlanır.

Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi, problemli kreditlərin həlli, çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, əməkhaqlarının, pensiyaların, tələbə təqaüdlərinin, müavinətlərin artırılması sosial sahədə atılan ciddi addımlardır. İlin əvvəlindən bəri Prezident İlham Əliyevin sosial paketlər çərçivəsində imzaladığı sərəncamlar ölkə əhalisinin bütün təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə, güzəranının yaxşılaşmasına xidmət edir.

Bu çoxsaylı sərəncamları qısa şərh etmək mümkün deyil. Lakin bəzi məqamları ekspertlərin dili ilə şərh etsək, onu deyə bilərik ki, sosial sahədə reallaşdırılan tədbirlər inqilabi xarakter daşıyır və həyata keçirilən dövlət siyasətinin mahiyyətini tam əks etdirir.

Minimum əməkhaqqının 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə maaşların orta hesabla 40 faiz artaraq 265 manatdan 367 manata yüksəlməsinə imkan verəcək. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon manat vəsait ayrılmalıdır. Bütünlükdə 2,5 milyard manat vəsait tələb edən ikinci sosial paket ümumilikdə 5 milyon ölkə vətəndaşının maddi durumuna müsbət təsir göstərəcək.

Bütün bunlar bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrini uğurla davam etdirən, ona daim müasirlik, yenilik gətirən Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti möhkəm elmi əsaslara söykənir, dərin araşdırmalar əsasında qurulur.


Bahadur İMANQULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM