Alternative content

21:35 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
17:19 16.07.2019 Fransalı akademik tutuldu
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Övladımı yenidən bu həyata Mehriban xanım qaytardı”
“Övladımı yenidən bu həyata Mehriban xanım qaytardı”
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:37 29.06.2019


Minlərlə ana xəstə uşağının sağalmasına dəstək olan Azərbaycanın Birinci vitse-prezidentinə minnətdarlıq edir


Bu elə xoşbəxt və təsirli an idi ki...

Dil susmuş, duyğular dilə gəlmişdi...

Gözlərindən sevinc göz yaşları sel kimi axan bir ana ona tərəf addımlayan, bəzən yıxılan, amma yenidən durub davam edən 3-4 yaşlı övladının qarşısında diz çökərək qollarını açmışdı...

İllər idi ki o, övladının ilk addım atacağı anı xəyalında canlandırırdı...

Elə indi də gözlərinə inanmır, bu yaşananların da xəyal, yuxu olduğundan qorxurdu...

Ana və övladının qucaqlaşma anı isə hər kəsi duyğulandırmış, kövrəltmiş, qəhərləndirmişdi...

Bu təsirli mənzərəyə Uşaq Psixonevroloji Mərkəzində şahidlik edirdik...

Mərkəzdə çalışan bütün tibbi heyət də zəhmətlərinin bəhrəsini görməkdən olduqca qürurlu, sevincli idilər...

"Övladım uşaq serebral iflicidir və biz bunu 8 aylığında bildik. Onu sağaltmaq üçün dünyanın bir çox ölkəsində müalicələrə baş vurmuşuq, amma nəticə olmayıb. Sonda isə ötən ilin noyabrında bu mərkəzə üz tutduq. İbrahim bura gələndə yerimirdi, yıxılırdı, yerindən qalxa bilmirdi. Bu müddət ərzində onda çox irəliləyişlər olduğunu gördüm. İndi isə o, artıq yeriyir. Bu bir möcüzədir... Bu mərkəzi yaratdığına, bu, cür uşaqlara dəstək olduğuna, bizim kimi minlərlə valideyni övladı ilə sevindirdiyinə görə Mehriban xanım Əliyevaya çox təşəkkür edirəm! O məni və övladımı yenidən bu həyata bağladı, bizə ikinci can bağışladı, necə minnətdar olacağımı, nə deyəcəyimi bilmirəm...” - deyə Günay adlı valideyn sevinc təəssüratlarını bölüşür.


Heydər Əliyev Fondunun dəstəyi


Uşaq Psixonevroloji Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən inşa edilib və 2009-cu ildə müəssisənin açılışında Prezident İlham Əliyev və Mehriban Əliyeva da iştirak ediblər.

Beşmərtəbəli bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir.

Mərkəzdə autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Onların müalicəsi isə kompleks formada, yəni həkim və pedaqoji müalicə daxil olmaqla aparılır. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan ən təkmil proqramlardan, həmçinin müasir tibb və diaqnostik cihazlardan, reabilitasiya avadanlığından istifadə olunaraq, sağlamlıq imkanları məhdud uşaqlara yüksək səviyyədə tibbi və bərpa xidməti göstərilir. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə peşəkar tibbi, pedaqoji və texniki heyət məşğul olur.

Psixoloq Ayşən Rəfiyeva söyləyir ki, 1 ay yarımdır ki, məşğul olduğu 3 yaşlı autizm xəstəsi Məryəmdə xeyli irəliləyişlər əldə olunub: "Məryəm mərkəzimizə tamamilə göz kontaktı olmadan gəlmişdi, qavraması zəif idi, danışa bilmirdi. Artıq bir neçə söz deyir, kiçik matorikası, diqqətin mərkəzləşməsi, paylanması istiqamətində inkişaf var və davamlı olaraq qavrama üzərində iş gedir”.

Tibb müəssisəsində musiqi ilə müalicə də aparılır. Bu müalicə filtrasiya olunan musiqinin xüsusi qulaqcıqlarla dinlənilməsinə əsasən beyinə impulsların ötürülməsidir. Planlaşdırılır ki, klassik musiqilərimiz - Qara Qarayevin, Fikrət Əmirovun, Cahangir Cahangirovun əsərləri filtrasiya olunsun.

İdman zalında reabilitoloqların iş prosesini müşahidə edirik. Burada mütəxəssislər serebral iflic, dayaq hərəkət sistemində problemi olan uşaqlara xüsusi fiziki hərəkətlər etdirirlər. Reabilitoloq Elminaz Məmmədova məlumat verir ki, hazırda məşğul olduğu daun sindromlu uşağın balansını saxlamaq üçün çalışırlar: "Sol boşluğu var idi və uşaq yeridikcə yıxılırdı. Artıq bu problemi aradan qaldırmışıq və indi o, velosiped sürür, pilləkənlə çıxır, yıxılmır, ən əsası da qorxularını yenib”.

Mərkəzdə xəstə uşaqlarla həm individual, həm də qrup şəklində məşğul olurlar. "Bizə elə uşaqlar gətiriblər ki, yeriyə bilməyib, amma burada müalicə aldıqdan bir müddət sonra özləri gəzə-gəzə çıxıb gediblər. Bu isə çox sevindirici haldır. Bu cür uşaqlarla işləyən zaman nəticəni görüb fərəhlənirik. Hansısa bir uşağı xilas etmiş oluruq, onların həyatda addımlamaları üçün təkan veririk” deyə həkim-fizioterapevt Leyla Abdulova qeyd edir.


Elə il olub ki, Mehriban xanım mərkəzə 4-5 dəfə gəlib


Sözügedən mərkəzin əvvəl fəaliyyət göstərdiyi binadakı şərait uşaqların təlim-tərbiyəsi üçün uyğun olmayıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəfələrlə bu müəssisədə olması, tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanması, mövcud problemlərin həllinə dair tapşırıqlar verməsi Uşaq Psixonevroloji Mərkəzinin yeni, müasir standartlara uyğun bina ilə təmin edilməsinə şərait yaradıb.

Mərkəzin baş həkimi İradə Musayeva deyir ki, ilk dəfə 2005-ci ilin fevral ayında Mehriban xanım Əliyeva müəssisəyə baş çəkib: "O zaman bura Psixonevroloji Uşaq Evi idi. Ümumiyyətlə, həmin ildən etibarən elə il olub ki, Mehriban xanım 4-5 dəfə bura gəlib, Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlərdə iştirak edib, onların hazırladıqları proqramlara, çıxışlara baxıb”.

Baş həkim məlumat verir ki, 1993-cü ildən 2008-ci ilə qədər burada atılmış, imtina olunmuş uşaqlardan xeylisi sağaldılaraq övladlığa verilmiş, bir hissəsi də nisbən sağaldılıb əlillər evinə, xüsusi məktəblərə köçürülmüşdür. Yəni həmin uşaqlar özlərini idarə edə bilirdilər. Amma respublikada bir çox valideynli xəstə uşaq bu müalicəni kompleks ala bilmirdi. Bu zaman valideyn tibbi yardım, idman terapiyası, loqopedik, psixoloji yardım üçün fərqli yerlərə üz tutmalı olurdu: "2008-ci ildə Mehriban xanımın bu tibb ocağına növbəti gəlişində bu barədə məlumat verdik. həmin il bu məsələ ilə bağlı Mehriban xanım tapşırıq verdi və ikimərtəbəli köhnə bina sökülərək yerinə daha böyük və müasir bina tikildi. 2009-cu ildən bəri artıq biz təkcə atılmış, imtina edilmiş uşaqlarla yox, ailədən gələn problemli uşaqlarla da işləyirik”.


Leyla xanım hər zaman bu uşaqların yanında olub


2015-ci ildə isə Mehriban Əliyevanın göstərişi ilə bina yenidən rekonstruksiya olunub, həmçinin ikimərtəbəli akt zalının tikintisinə başlanılıb. Mehriban xanımın dəstəyi, diqqəti, köməyi ilə bu müəssisədə böyük işlər görülüb. İlk növbədə maddi-texniki baza yüksək səviyyədə inkişaf edib. Ötən ilin dekabrında mərkəzə Mehriban xanım və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yardımı ilə 350 min avro dəyərində tibbi avadanlıq verilib.

İ.Musayeva xüsusilə qeyd edir ki, Mehriban xanım və Leyla xanım bu müəssisəni həddindən artıq dəstəkləyir: "Hələ tələbəlik illərindən Leyla xanım heç bir tədbir-filan olmadan qəfildən dəfələrlə bura gəlib uşaqlarla vaxt keçirir, onlarla oynayırdı. Həmçinin 2012-ci ildə Yeni il ərəfəsində Leyla Əliyeva mərkəzə gələrək burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqların bayram üçün hazırladıqları səhnəciklərə, bir-birindən maraqlı mahnılarına, rəqslərinə tamaşa etmişdi. Leyla xanım hər zaman bu uşaqların yanında olub, həm mənəvi, həm də maddi kömək edib. Belə nəcib təşəbbüslərindən birini də ötən ilin sentyabrında gerçəkləşdirdi. Belə ki, Leyla xanımın təşəbbüsü ilə bizim mərkəzə Çindən həkimlər qrupu gəlmişdi. O zaman pulsuz aksiya keçirildi, 500-ə yaxın uşaq müayinə olundu. Bu ilin aprel ayında isə çinli reabilitoloqlar bir ay burada işlədilər”.


Mehriban xanım uşaqlarla söhbət edib, suallarını cavablandırıb, rəsm çəkib...


Birinci vitse-prezident Mehriban Əliyeva bu ilin fevral ayında yenidən Uşaq Psixonevroloji Mərkəzində olub. Mehriban xanım tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib. Birinci vitse-prezident uşaqlarla söhbət edib, doqquz yaşlı Ömərlə birgə rəsm çəkib. Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan 6 yaşlı Nasimin də istək və arzularını dinləyib, oyun vasitəsilə onun suallarını cavablandırıb.

Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan balacalar Mehriban Əliyeva ilə söhbət edərək bacarıqlarını nümayiş etdiriblər. Uşaqlar Heydər Əliyev Fondunun prezidentinə sevimli oyunlarından, oxuduqları mahnılardan danışıblar. Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.


Xəstə uşaqlar üçün yaradılan şərait sanki möcüzədir...


Bütün bu qayğının, dəstəyin, köməkliyin nəticəsində bu müəssisənin nailiyyətləri, göstəriciləri də az deyil. Bu barədə danışan İ.Musayeva söyləyir ki, uşaqlar 7 yaşına çatandan sonra çalışırlar ki, onların əksəriyyəti övladlığa götürülsün: "Elə də olub ki, vaxtilə xəstə övladından imtina edən valideynlər onun sağaldığını görərək evlərinə aparıblar. Həmçinin uşaqların müəyyən bir hissəsi xüsusi internat məktəblərinə gedir, hansı ki onlar bir az zəif qavrayırlar, amma özlərini idarə edə bilirlər. Həmin uşaqlara peşə öyrədilir, məsələn, xalça toxuma, dülgərlik kimi peşələrə yiyələnərək özlərini gələcək həyatda təmin edə bilirlər. Üçüncü ən ağır kateqoriyalı uşaqlar isə əlillər evinə gedir. Tam sağalmayan uşaqlarla bağlı çalışırıq ki, onlar heç olmasa özləri otura bilsin, qaşıqla yeyə bilsinlər, kimdənsə asılı olmasınlar. Heç olmasa minimum özləri üçün nə edə bilərsə, onu öyrədək”.

Qeyd edək ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 105 uşağa tibbi xidmət göstərilir.


Hərf-hərf, addım-addım irəli...


Uşaq Psixonevroloji Mərkəzinin yaradılmasında əsas məqsəd problemli uşağı olan valideynin onun qayğıları ilə tək qalmaması və sonda bezib uşağından imtina etməməsi idi. Görünən isə odur ki, bu mühüm missiya Mehriban xanım Əliyevanın bilavasitə şəxsi nəzarəti ilə müvəffəqiyyətlə həyata keçirilir. Bu isə onu deməyə əsas verir ki, artıq cəmiyyətin sağlamlaşması, gələcək nəslimizin sağlam olması üçün zəmin var və bizi gələcəkdə daha az xəstə olan cəmiyyət gözləyir.

"Hər səhərim o ümidlə açılır ki, bu gün daha gözəl bir gün olacaq. Bu gün qızım daha yeni bir söz öyrənəcək. Mən onun öyrəndiyi sözlərin lüğətini beynimə həkk etmişəm ki, Nuray daha hansı yeni kəlmə öyrənib? Tək mən yox, bütün ailə onda olan bu müsbət dəyişikliyi sevinclə izləyir” - nitq ləngiməsi olan 6 yaşlı övladının mərkəzdə qazandığı uğurlardan fəxrlə danışır bir valideyn... O, "indi dünyanın xoşbəxtiyəm, bu sevinci yaşatdığına görə Mehriban xanıma minnətdaram. Mehriban xanımın xəstə uşaqlar üçün yaratdığı bu şərait sanki möcüzədir, qiymətli bir tapıntıdır...” deyir.

Demək olar ki, mərkəzdə həmsöhbət olduğumuz bütün valideynlərin dilindən Mehriban xanım Əliyevaya xoş sözlər, dualar ünvanlanmışdı...

Artıq hərf-hərf əzmlə "ana” demək istəyən, diqqətini toplayaraq anasının gözlərinə baxmağa çalışan, yıxıla-dura anasının qucağına tələsən bu körpələrlə, uşaqlarla vidalaşırıq...

Onlar da rəqs edir, mahnı oxuyur, şeir söyləyir, səhnəciklər göstərirlər. Artıq onlar da cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilib və ona öz töhfələrini verirlər...

Təsəvvür edin ki, autizmli bir uşaq səhnədə öz məharətini göstərir və bundan sevindirici daha nə ola bilər ki?!


Yasəmən MUSAYEVA,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM