28 Iyun 2019 23:29
890
İDMAN
A- A+

Azərbaycan komandası Avropa Oyunlarının səkkizinci gününü dörd medalla başa vurub


İyunun 28-də - "Minsk 2019” ikinci Avropa Oyunlarının səkkizinci günündə idmançılarımız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, qızıl medalı komandamızın aktivinə qadın güləşi üzrə Mariya Stadnik yazdırıb. "Minsk 2019”un güləş yarışlarının dördüncü günündə Azərbaycanın qadın pəhləvanı M.Stadnik (50 kq) final görüşündə Ukrayna təmsilçisi Oksana Livaç ilə qarşılaşıb. Olimpiya Oyunlarının üçqat mükafatçısı M.Stadnik bu görüşdə qələbə qazanaraq Azərbaycanın hesabına üçüncü qızıl medalı yazdırıb. O rəqibini 7:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov və Azərbaycan nümayəndə heyətinin üzvləri güləşçimizin çıxışını izləyiblər.

Azərbaycanın daha bir qadın güləşçisi Elmira Qəmbərova (62 kq) ikinci Avropa Oyunlarının finalında Ukrayna təmsilçisi Yuliya Tkaçla qarşılaşıb. İdmançımız həlledici görüşdə rəqibinə uduzaraq gümüş medalla kifayətlənməli olub.

Qadın güləşində bürünc medalı isə komandamızın hesabına millimizin üzvü Alyona Kolesnik (57 kq) yazdırıb. İdmançı bürünc medal uğrunda görüşdə türkiyəli Gün Bediha ilə üz-üzə gəlib. Rəqibini 9:4 hesabı ilə məğlub edən A.Kolesnik üçüncü yeri tutub.

Bu gün ikinci Avropa Oyunlarının boks yarışlarında yarımfinal mərhələsinin döyüşləri keçirilib. Boksçumuz Alfonso Dominqes (81 kq) "Uruçye Arena”da finala vəsiqə uğrunda italiyalı Simone Fiori ilə qarşılaşıb. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0 hesabı ilə məğlub edən boksçumuz ardıcıl dördüncü qələbəsini qazanıb. O, iyunun 29-da keçiriləcək finalda Qor Nersesyan (Ermənistan) – Bencamin Vittaker (Böyük Britaniya) qarşılaşmasının qalibi ilə döyüşəcək.

Azərbaycan yığmasının daha bir boksçusu Lorenzo Sotomayor (69 kq) yarımfinalda Böyük Britaniyadan olan boksçu Pat Makkormakla qarşılaşıb. Görüş Böyük Britaniya təmsilçisinin qələbəsi ilə başa çatıb. Beləliklə, boksçumuz bürünc medalla kifayətlənməli olub.

Bununla da, Azərbaycanın qazandığı medalların sayı 20-yə (3 qızıl, 6 gümüş və 11 bürünc medal) çatıb.

Hazırda ikinci Avropa Oyunlarında medalların sayına görə birinci yeri Rusiya, ikinci yeri isə ev sahibi Belarus komandaları tutur. Azərbaycan yarışlarda iştirak edən 50 ölkə arasında 10-cu pilləyə yüksəlib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video