28 Iyun 2019 20:53
695
İQTİSADİYYAT
A- A+

Azərbaycan-İsveçrə iqtisadi-ticarət əlaqələri müzakirə olunub


Azərbaycan nümayəndə heyətinin İsveçrə Konfederasiyasına səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bolingerlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycanla İsveçrə arasında əlaqələrin səmimi dostluq, qarşılıqlı hörmət, etimad və maraq prinsiplərinə əsaslandığını, yüksək səviyyəli qarşılıqlı səfərlərin, Azərbaycan Respublikası Prezidentinin ənənəvi olaraq hər il Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda iştirakının, ikitərəfli görüşlər zamanı aparılan müzakirələrin əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası mövcuddur. İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması, ticarət-iqtisadi əməkdaşlıq, ikiqat vergitutma və digər sahələrdə 25-ə yaxın sənəd imzalanıb. Ölkələrimiz arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı, investisiya əməkdaşlığı da həyata keçirilir. Belə ki, İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına 844 milyon dollar investisiya yatırılıb. İnşaat materiallarının istehsalı sahəsində İsveçrənin "Holcim” şirkəti, İsveçrə şirkəti tərəfindən Sumqayıt Kimya Sənaye Parkında tikilmiş inşaat kimyəviləri zavodu uğurla fəaliyyət göstərir. Bundan başqa, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Əməkdaşlıq və İnkişaf Agentliyi (SDC) ilə uğurlu əlaqələr mövcuddur. Bu çərçivədə ölkəmizdə 60-dan artıq layihə həyata keçirilib ki, bu da özəl sektorun inkişafı, maliyyə infrastrukturunun təkmilləşdirilməsi və sair kimi sahələri əhatə edir.

Azərbaycanda tikinti, ticarət, nəqliyyat, xidmət, kənd təsərrüfatı sahələrində 60-dan çox İsveçrə şirkətinin fəaliyyət göstərdiyini bildirən nazir SOCAR-ın İsveçrədə uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan və İsveçrə yalnız ikitərəfli əsasda deyil, beynəlxalq maliyyə institutlarında da sıx əməkdaşlıq edirlər.

İsveçrə Konfederasiyasının Federal Şurasının ticarət sazişləri üzrə nümayəndəsi Ervin Bolinger İsveçrə iqtisadiyyatı, özəl sektorun inkişafı barədə məlumat verib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkəmizlə enerji, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığını vurğulayıb.

Görüşdə Azərbaycan-İsveçrə iqtisadi-ticarət əməkdaşlığının müxtəlif sahələri üzrə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video