28 Iyun 2019 20:34
681
DÜNYA
A- A+

Gürcüstanla Ermənistan arasında ticarət dövriyyəsi 41 faiz azalıb


2018-ci ildə Gürcüstanla Ermənistan arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə 41 faiz azalıb. AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, bu rəqəm Ermənistanın İqtisadi İnkişaf və İnvestisiyalar Nazirliyinin hesabatında yer alıb.

Statistik məlumata görə, iki ölkə arasında 2016-cı ildə ən yüksək səviyyəyə - 245 milyon dollara yüksələn ticarət həcmi ötən il cəmi 138,8 milyon dollar olub. Ermənistanın iqtisadiyyat naziri Avaq Avanesyan bunu iki ölkə arasında uzunmüddətli kontraktların müddətinin başa çatması ilə əlaqələndirsə də, iqtisadçılar əsas amilin bu ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə izah edirlər. Onların fikrincə, "məxməri inqilab”dan sonra daxili siyasi çəkişmələrlə məşğul olan hazırkı hökumət vəd etdiyi iqtisadi inqilabı həyata keçirə bilməyib. Əksinə, 2019-cu ilin ilk rübündə Ermənistan iqtisadiyyatına xarici sərmayə qoyuluşu ötən ilin müvafiq dövrü ilə müqayisədə on dəfədən çox azalıb. Rəqəmlərə əsasən, 2019-cu ildə birbaşa sərmayələrin həcmi 37 milyard dram azalıb. Əgər 2018-ci ilin birinci rübündə bu göstərici 40 milyard dramdan çox idisə, cari ilin müvafiq dövründə cəmi 3 milyard, 317 milyon olub.

Analitiklər qeyd edirlər ki, iqtisadiyyatda baş verən geriləmə əhalinin sosial vəziyyətinə də mənfi təsir göstərəcək. Bütün bunlar isə yaxın gələcəkdə Paşinyan hökuməti üçün yaxşı heç nə vəd etmir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video