28 Iyun 2019 20:26
866
İDMAN
A- A+

Minskdə “Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində tədbir keçirilib


Belarus və Azərbaycan Milli Olimpiya komitələrinin, Avropa Olimpiya Komitəsinin nümayəndələri və idmançılar Minskdə Fransisk Skorina adına 1 saylı gimnaziyada olublar.

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində keçirilən görüşdə Azərbaycan MOK-un baş katibinin müavini Azər Əliyev, Belarus Milli Olimpiya Komitəsinin vitse-prezidenti Sergey Repkin, Avropa Olimpiya Komitəsinin nümayəndəsi Gianluca De Angelis, Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov iştirak ediblər.

Xatırladaq ki, Fransisk Skorina adına 1 saylı gimnaziya Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi olan "Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində Azərbaycanın 164 saylı məktəbi ilə qardaşlaşıb.

Tədbirdə gimnaziyanın direktoru Natalya Buşnaya "Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində təqdim olunan fəaliyyətlər barədə məlumat verib. O mədəni və tarixi mübadilə, Olimpiya dəyərlərini öyrənmək və bölüşmək üçün böyük imkanlar yaratdığına görə, Belarus və Azərbaycanın Milli Olimpiya komitələrinə, həmçinin Avropa Olimpiya Komitəsinə təşəkkür edib.

Azər Əliyev tədbirdə çıxış edərək proqramın həyata keçirilməsində fəal iştirakına görə gimnaziyanın rəhbərliyinə təşəkkürünü bildirib. O, həmçinin Belarus MOK-un təşəbbüskarlığını yüksək qiymətləndirib. Azərbaycanlı tələbələr və qonaqların "Olimpiya mədəniyyəti və təhsil” proqramına daha çox diqqət yetirdiyini vurğulayan Azər Əliyev Minskdə keçirilən ikinci Avropa Oyunlarından böyük məmnunluq duyduğunu qeyd edib.

Sonda iştirakçılara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video