28 Iyun 2019 17:47
615
Mədəniyyət
A- A+

Bir sıra ölkələrin Mədəniyyət və Xarici İşlər nazirləri UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edəcək


İyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında Səudiyyə Ərəbistanın Mədəniyyət naziri Şahzadə Bader Bin Abdullah, Bosniya və Herseqovinanın Xarici İşlər naziri Draqan Covic, Kamboca Respublikasının Mədəniyyət və İncəsənət naziri Sackona Foeunq, Özbəkistanın Mədəniyyət naziri Bəxtiyar Sayfullayev, Fil Dişi Sahili Respublikasının Mədəniyyət naziri Kouakou Mauris Bandaman, Tatarıstan Mədəniyyət naziri İradə Eyyubova, İraq Respublikasının Mədəniyyət naziri Əbdüləmir Madhi, Bolqarıstan Mədəniyyət naziri Boil Banov, Pakistan İslam Respublikasinin Mədəniyyət və Turizm naziri Sayed Sardar Ali Şah, İspaniya Krallığı Kanar Adalarının Mədəniyyət, Turizm və İdman naziri İsak Kasteyano, Myanma İttifaqı Respublikasinin Mədəniyyət və Dini İşlər naziri Ang Ko Tura, Pakistan İslam Respublikasının Pəncab Vilayətinin Təhsil və Turizm naziri Yasir Humayun, Laos Xalq Demokratik Respublikası İnformasiya Mədəniyyət və Turizm naziri Bosenqxam Vondara, Kamerun Respublikasının Meşə Təsərrüfat naziri Ndonqo Jules Doret, Uqanda Respublikası Turizm və Əntiq Əşyalar naziri Əmfraim Kamuntu, Şimali Makedoniya Respublikasinin Diaspora İşlər naziri Edmond Adəmi, Qazaxıstan Respublikasinin Mədəniyyət və İdman naziri Aristanbek Muxamedul iştirak etmək üçün ölkəmizə səfər edəcəklər.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 180-dan çox ölkəsindən 2500 nümayəndə iştirak edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video