28 Iyun 2019 17:37
608
CƏMİYYƏT
A- A+

Masallı, Bərdə, Qəbələ, İmişlidə fəaliyyət göstərən hüquqi yardım mərkəzlərinə 806 nəfər müraciət edib


Bərdə, Qəbələ, İmişli və Masallı "ASAN xidmət” mərkəzlərində 2019-cu ilin fevralından etibarən fəaliyyət göstərən pulsuz hüquqi yardım mərkəzlərinin işi əhali tərəfindən böyük rəğbətlə qarşılanır.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, mayın sonunadək mərkəzlərə 1249 hüquqi məsələ ilə bağlı 806 nəfər müraciət edib. Müraciət edənlərin 36 faizi qadın, 64 faizi kişi olub. Müraciətlərin 33 faizini məhkəmələrlə bağlı məsələlər təşkil edib. İlk dörd ayda göstərilən hüquqi yardımın təhlili göstərir ki, müraciətlərin 24 faizi bank kreditləri, 16 faizi mülkiyyət, 15 faizi ailə, 10 faizi əmək və sosial müdafiə məsələləri ilə əlaqədar olub. Digər müraciətlər isə miras, miqrasiya hüququ, vergi qanunvericiliyi, kommunal xidmətlər, vətəndaşlıq və qeydiyyat, cinayət və inzibati işlər kimi müxtəlif sahələri əhatə edib.

Müraciət edən vətəndaşlar göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalıblar. Layihədə nəzərdə tutulduğu kimi, ərizəçilərə inzibati və məhkəmə icraatı üçün xərclənən məbləğlər də geri qaytarılıb. Hüquqi yardım mərkəzlərində vətəndaşlara pulsuz hüquqi yardım xidməti hazırda uğurla həyata keçirilir.

Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə "Qanunun aliliyi” layihəsini həyata keçirir. Əhalinin peşəkar hüquqi xidmətlərə çıxışının artırılması məqsədilə reallaşdırılan layihə çərçivəsində Azərbaycanın dörd regional mərkəzində hüquqi yardım mərkəzləri açılıb. Bu təşəbbüs Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası və "ASAN xidmət”in dəstəyi ilə həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video