28 Iyun 2019 17:15
425
CƏMİYYƏT
A- A+

Çimərliklərdə keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 24-dən 27-dək çimərlik ərazilərində növbəti monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıblar.

AZƏRTAC xəbər verir ki, idarənin direktoru Ərəstun Həsənov analizlərin nəticələrinin bundan əvvəl keçirilən monitorinqlərin nəticələri ilə eyni olduğunu diqqətə çatdırıb: "Belə ki, bu dəfə də Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zuğulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır. Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil. Bununla yanaşı, Xəzərin şimal və cənub bölgələrində də monitorinqlər aparılıb. Nəticələrə görə Xaçmazın Yalama, Seyidlər və İstisu çimərlik ərazilərində dəniz suyu istifadə üçün yararlı, Nabran ərazisində isə qeyri-qənaətbəxş hesab olunur. Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərdə dəniz suyunun tərkibi normalara uyğun olub həmin ərazilərdən çimərlik məqsədilə istifadəyə imkan verir”.

Ə.Həsənovun sözlərinə görə nazirliyin mütəxəssisləri tərəfindən hər həftə çimərliklərdə monitorinqlər keçiriləcək, dəniz suyundan nümunələr götürüləcək və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video