Alternative content

10:58 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
14:31 13.10.2019 İkiüzlü ermənilər
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qafqazda İslam sivilizasiyası araşdırılacaq
Qafqazda İslam sivilizasiyası araşdırılacaq
ANA SƏHİFƏ / Elm və texnika
12:41 28.06.2019

İyulun 11-də və 12-də Azərbaycan İlahiyyat İnstitutu, (Aİİ) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə "İslam sivilizasiyası Qafqazda” ikinci beynəlxalq simpoziumu keçiriləcək.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılmasıdır. Eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıdılmasıdır.

Beynəlxalq simpoziumda Türkiyənin "İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse, Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov, Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdrəhmanov, Rusiya İslam İnstitutunun rektoru Rafiq Muxametşin, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru, professor Şuhrat Yovkoçev, Rus-Ərəb Tədqiqatları və İnformasiya Fondunun direktoru Məcid Əbdüləziz əl-Turki iştirak edəcəklər.

Ümumilikdə Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna, Qazaxıstan, Özbəkistan, Moldova, ABŞ, Avstraliya, Misir və Səudiyyə Ərəbistanının universitetlərində Qafqazda İslam sivilizasiyası mövzusu üzrə çalışan alim, tədqiqatçı və ekspertlər simpoziumda məruzələrlə çıxış edəcəklər.

Tədbirdə 100-dən çox iştirakçının məruzələri "İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, "Qafqazda İslam elmlərinin inkişafı”, "Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, "Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, "Qafqazda İslamın yayılması”, "Qafqazda multikulturalizm”, "İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər; tarixi mənbələr; sənədlər və artefaktlar; mövzu üzrə akademik əməkdaşlıq”, "Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, "Çar Rusiyasının Qafqazda İslam siyasəti”, "Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” panellərində dinləniləcək.

Simpoziumun materialları kitab şəklində çap olunacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM