Alternative content

13:13 22 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sosial təminatın daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır
Sosial təminatın daha da yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılır
ANA SƏHİFƏ / SİYASƏT
01:35 28.06.2019


Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inikşaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının davamlı olaraq imzaladığı fərman və sərəncamlar, qəbul edilən qərarlar ölkədə vətəndaşların sosial vəziyyətinin yaxşılaşmasına səbəb olur.

2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər və həmin ilin əvvəlindən başlayaraq artan büdcə gəlirləri hesabına Prezident İlham Əliyevin sərəncamları ilə geniş sosial paket elan edilib. Bu sosial paket 3 milyondan çox insanı əhatə edərək minimum əməkhaqqının, pensiya təminatlarının, təqaüdlərin, sosial müavinətlərin artmasına, problemli kreditlərin vətəndaşların xeyrinə həll olunmasına səbəb oldu. Sosial paket elan edilərkən Prezident İlham Əliyev bu paketin davam edəcəyini və artan iqtisadi resursların bir daha əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf ediləcəyini bəyan etmişdi. 2019-cu ilin sürətli iqtisadi artım ili olacağı da əvvəlcədən planlaşdırılmışdı və ilin birinci rübünün iqtisadi yekunları bunu bir daha sübut etdi.

İstər xarici ölkə səfərlərində, istərsə də Bakıda keçirilən beynəlxalq tədbirlərdəki çıxışlarında, habelə regionlara səfərləri zamanı ictimaiyyət nümayəndələri ilə görüşlərində "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” söyləyən Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan qlobal layihələr dövlətin gəlirlərinin artmasına, iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərir. Bütün bu tədbirlər isə son nəticədə Azərbaycan vətəndaşının rifah halının daha da yaxşılaşdırılmasına yönəldilir. Minimum aylıq əməkhaqqının, dövlət ümumi təhsil müəssisələri və peşə təhsili müəssisələrində işləyənlərin, həmçinin dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılmasına dair Prezident İlham Əliyevin imzaladığı sərəncamlar eyni məqsəd daşıyır. Bu səbəbdən dövlət başçısının siyasi kursu Azərbaycan vətəndaşları tərəfindən dəstəklənir və yüksək dəyərləndirilir. Prezident İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli sərəncamı əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində cari ilin elə ilk aylarından atılan inqilabi addımların davamıdır. Dövlət başçısının hələ cari ilin fevralın 8-də imzaladığı sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmış, bu artım 600 minədək insanı əhatə etmişdi. Son sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılır. Bununla da ölkəmizdə minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faizədək üstələyir. Minimum əməkhaqqının artımı isə 950 minədək vətəndaşı əhatə edir. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir. Bununla da artımdan sonra Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə (PPP) 2-ci yerdə qərarlaşacaq.

"Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamla 160 minə yaxın müəllimin aylıq vəzifə maaşının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılması nəzərdə tutulub. Bu da onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən əlavə olaraq illik 240 milyon manat, bu il (sentyabr-dekabr ayları) üzrə isə 73 milyon manat vəsait ayrılacaq. Prezident İlham Əliyevin "Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamı da həmin təbəqədən olan müəllimlərin və işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmasına imkan yaradacaq.

Elm adamlarımıza, xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif sahələrində çalışanlara da yüksək etimad, böyük qayğı göstərilib. Prezident İlham Əliyevin AMEA Rəyasət Heyəti və aparatında, Gəncə bölməsinin aparatında çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması barədə sərəncamı AMEA-nın Rəyasət Heyətində təmsil olunan və ona bağlı idarəetmə qurumlarında çalışan əməkdaşlara şamil edilir. AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin sözlərinə görə, sərəncama əsasən AMEA Rəyasət Heyəti Aparatı əməkdaşlarının əməkhaqqının 40 faiz həcmində qaldırılması Azərbaycanın sosial siyasətində inqilabi hadisədir: "Bu sərəncam AMEA-nın Rəyasət Heyətində və ona bağlı idarəetmə qurumlarında təmsil olunan 300 nəfərdən artıq şəxsə aiddir. Bu, Prezidentin ziyalılara, AMEA-ya göstərdiyi yüksək etimadı nümayiş etdirir. Prezident tərəfindən atılan bu addım Azərbaycan elminin məsuliyyətini daha da artıracaq, onu yeni hədəflərə doğru inkişaf etdirəcək. Bu sərəncam AMEA-nın inkişafında həlledici əhəmiyyət kəsb edəcək”.

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə 2019-cu ilin əhalinin sosial müdafiəsinin güclənməsi ili olacağını bildirib. Dövlət başçısının cari ilin əvvəlindən verdiyi qərarlar əhalinin rifahının daha da yaxşılaşmasını təmin edən reallıqlardır. İyunun 18-də imzalanan sərəncamlarla dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqları nəzərəçarpacaq dərəcədə artırılıb. Bu sərəncamlar Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığına, dövlətin hər bir vətəndaşının yanında olduğuna bariz nümunədir. Göründüyü kimi, imzalanan sərəncamlar Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəldilib. Artıq ölkəmiz güclü iqtisadi imkanlara malikdir. Azərbaycanın iqtisadi qüdrəti, ixrac potensialı ilbəil artır. Ölkəmizin təşəbbüsü ilə Cənubi Qafqazda irimiqyaslı qlobal layihələr uğurla icra edilir. Görülən bütün bu işlərin nəticəsində isə hər bir Azərbaycan vətəndaşının rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılır. Artıq bu cür sosial təyinatlı qərarlar davamlı xarakter alıb. Ölkə rəhbərinin çıxışlarında vurğulanıb ki, ilin sonunadək belə qərarların verilməsi mümkündür. Bununla da vətəndaşlarımızın güzəranı bundan sonra da yaxşılaşacaq.

Rəhman SALMANLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM