Alternative content

21:23 22 Sentyabr 2019
ONLINE XƏBƏR LENTİ
00:47 22.09.2019 Dahidən danışan tarix
00:36 22.09.2019 “Təbii aspirin”
00:36 22.09.2019 Ədviyyatlı məlhəm
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escort istanbul escort istanbul escort istanbul escort istanbul escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlətin orduya, hərbçilərə qayğısı tükənməzdir
Dövlətin orduya, hərbçilərə qayğısı tükənməzdir
ANA SƏHİFƏ / SİYASƏT
01:33 28.06.2019


Prezident İlham Əliyevin Silahlı Qüvvələr Günündə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gəlişi məktəbin salnaməsində mühüm hadisəyə çevrildi


Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə respublikada çoxsaylı sənaye müəssisələri, yaşayış evləri, sosial obyektlər inşa edilib, kəmərlər çəkilib, yollar salınıb. Ulu öndər hətta Moskvada keçmiş SSRİ-nin rəhbərliyində ən aparıcı vəzifələrdən birini tutduğu zaman uzaqda olsa da, Azərbaycanda neçə-neçə layihənin gerçəkləşməsinə kömək edib, dəstək verib. Xalqımız indi də bunların bəhrəsini görür.

Ulu öndərin genişmiqyaslı fəaliyyətinin, həyata keçirdiyi nəhəng layihələrin fonunda bir məktəbin yaradılması ilk baxışda bəlkə də kiçik iş kimi görünə bilərdi. Lakin bu, çox vaxtında atılmış addım, böyük uzaqgörənliklə gerçəkləşdirilmiş əvəzsiz bir iş idi. Söhbət Cəmşid Naxçıvanski adına Hərbi Liseydən gedir.

Bu lisey 1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Böyük siyasətçi hər sahədə olan zəruri məsələləri bildiyi kimi, hərbi sahədə də belə bir məktəbin fəaliyyət göstərməsinin vacibliyini əvvəlcədən yəqin etmişdi. Təsadüfi deyil ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də yaranmış ənənəni uğurla davam etdirərək və günün tələbləri baxımından inkişaf etdirərək Cəmşid Naxçıvanski adına Hərbi Liseyi həmişə diqqət mərkəzində saxlayır. Keçən ilin fevral ayından liseydə başlanan geniş təmir və yenidənqurma işləri buna aydın misaldır.

Artıq başa çatmış təmir və yenidənqurma işləri nəticəsində 11 hektar ərazini əhatə edən lisey yeni bir görkəm alıb. Belə ki, burada qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi, hamam-camaşırxana-qazanxana kompleksi inşa edilib.

Bununla yanaşı, köhnə tikililər də əsaslı təmir edilib, yeni qurğu və avadanlıqlarla təmin olunub. Sahəsi 1800 kvadratmetr olan üçmərtəbəli yeni qərargah binası tikilib. Görülən abadlıq tədbirləri sayəsində ətraf yaşıllığa bürünüb.

Liseydə təhsil alanlar tibb məntəqəsinin geniş xidmətlərindən də istifadə edə bilirlər. İkimərtəbəli binada yerləşən 32 çarpayılıq məntəqədə funksional diaqnostika, həkim, oftalmoloji kabinetlər, laboratoriya, sarğı otağı, təxirəsalınmaz yardımın göstərilməsi üçün otaq, xidməti otaqlar, palatalar və müasir yeməkxana yaradılıb. Bu da şəxsi heyətə yüksək səviyyədə ixtisaslı tibbi yardımın göstərilməsinə imkan verir.

Qapalı idman kompleksində isə kursantların idmanla məşğul olması üçün hərtərəfli şərait yaradılıb. Kompleksdə trenajor, gimnastika zalları, minifutbol, basketbol və voleybol oyunlarının keçirilməsi üçün meydança var.

Bu il iyunun 26-da Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gələrək burada aparılan yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub. Müdafiə naziri Zakir Həsənov görülmüş işlər barədə dövlət başçısına ətraflı məlumat verib.

İndi, yenidənqurmadan sonra fənn kabinetlərində, laboratoriyalarda kursantların bilik və hazırlıqlarının artırılması üçün şərait daha da yaxşılaşdırılıb. Təntənəli mərasimlər, sıra təlimləri, düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər tədbirlərin keçirilməsi üçün sahəsi üç min kvadratmetr olan meydan salınıb, tribuna inşa edilib.

Yeri gəlmişkən qeyd edək ki, bu gün Azərbaycan Ordusu döyüş qabiliyyətinə, maddi-texniki bazasına, müasir silah-sursat arsenalına görə dünyada ön yerlərdən birini tutur. Çünki ölkədə ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla uğurla reallaşdırılır. Başqa sözlə, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illərdə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün Milli Ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaradıb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tikilmiş kursant yeməkxanasının şəraitinin timsalında Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların qidalanması məsələsinin də diqqət mərkəzində olduğunu aydın görmək mümkündür. Burada eyni vaxtda 600 kursant nahar edə bilir. Yeməkxana kompleksində yemək zalı, mətbəx və təsərrüfat otaqları, ərzaq anbarları və soyuducular fəaliyyət göstərir.

Prezidentin liseyə gəlişi xoş bir günə, 26 İyun - Silahlı Qüvvələr Gününə təsadüf etmişdi. Odur ki, dövlət başçısı, Ali Baş Komandan müəllim və kursantları bayram münasibətilə təbrik edərək onlara yeni uğurlar arzuladı: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir. Ulu öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək... Sizə - burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar, cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və öz gücünüzü göstərməlisiniz”.

Cəmşid Naxçıvanski adına Hərbi Lisey bu etimadı həmişə doğruldur. Məktəbin müəllimləri keçdikləri təlim və dərslərlə, kursantları qazandıqları bilik və bacarıqla, məzunları isə vətənə nümunəvi xidmətləri ilə, hünər və cəsarətləri ilə... Təsadüfi deyil ki, indiyədək doğma torpağın müdafiəçiləri sırasında bu məktəbin də yüzlərlə məzunu olub, onlar bu gün də vətənin keşiyindədirlər.

Yaşı yarım əsrə yaxınlaşan Naxçıvanski məktəbinin (xalq hörmət bəslədiyi bu liseyi qısaca belə adlandırır) salnaməsi davam edir. Burada yaradılmış muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin liseyə qayğısını əks etdirən sənədlər, fotolar şəxsi heyətə böyük etimadın nümunəsi kimi qorunub saxlanır. Binanın qarşısında general Cəmşid Naxçıvanskinin büstü ucalaraq gənclərə hər an ata-babalarının qəhrəmanlığını xatırladır...

Prezident İlham Əliyevin iyunun 26-da buraya gəlişi isə liseyin həyatında unudulmaz bir gün olaraq onun salnaməsinin növbəti mühüm səhifəsinə çevrildi.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM