Alternative content

12:58 08 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan idmançıları “Minsk 2019”un yeddinci günündə 1 qızıl və 1 gümüş medal qazanıblar
Azərbaycan idmançıları “Minsk 2019”un yeddinci günündə 1 qızıl və 1 gümüş medal qazanıblar
ANA SƏHİFƏ / İDMAN
23:53 27.06.2019

İyunun 27-də - "Minsk 2019” ikinci Avropa Oyunlarının yeddinci günündə Azərbaycan idmançıları 1 qızıl və 1 gümüş medal qazanıblar. Medalları ölkəmizin aktivinə sərbəst güləşçilərimiz yazdırıblar.

AZƏRTAC xəbər verir ki, yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən H.Əliyev finalda Gürcüstan təmsilçisi, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimer Xinçeqaşvili ilə üz-üzə gəlib. Görüşdə daha inamlı təsir bağışlayan güləşçimiz güclü rəqibini 10:2 hesabı ilə məğlub edərək Azərbaycanın aktivinə ikinci qızıl medalı yazdırıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov və Azərbaycan nümayəndə heyətinin üzvləri güləşçimizin çıxışını izləyiblər.

Azərbaycanın "Minsk 2019”da birinci qızıl medalını ötən gün 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Mahir Əmiraslanov qazanıb. O, finalda serbiyalı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək "Minsk 2019” Avropa Oyunlarının çempionu olub.

Bu gün finalda çıxış edən digər güləşçimiz Nurməhəmməd Hacıyev (97 kq) isə ikinci Avropa Oyunlarının gümüş medalına sahib olub. O, yarımfinalda zədələndiyi üçün Rusiya pəhləvanı Abdulrəşid Sadullayev ilə final matçında rəmzi olaraq iştirak edib. Rusiyalı güləşçi texniki qələbə sayəsində "Minsk 2019”un çempionu adına layiq görülüb.

Beləliklə, sərbəst güləşçilərimiz ikinci Avropa Oyunlarında Azərbaycana 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazandırıblar. Qızıl medalları Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) ölkəmizin aktivinə yazdırıblar. Nurməhəmməd Hacıyev (97 kq) gümüş, Hacımurad Hacıyev (74 kq) və Cəmaləddin Maqomedov (125 kq) isə bürünc medallara layiq görülüblər.

Bu gün Azərbaycanın dörd qadın güləşçisi də mübarizəyə qoşulub. Təmsilçilərimizdən Mariya Stadnik (50) və Elmira Qəmbərova (62 kq) finala vəsiqəni təmin ediblər. Alyona Kolesnik (57 kq) isə təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Güləşçilərimizin dördü də növbəti – sonuncu görüşlərini iyunun 28-də keçirəcəklər.

Hazırda aktivində 2 qızıl, 5 gümüş və 9 bürünc medal olan Azərbaycan millisi "Minsk 2019”da 15-ci sırada qərarlaşıb.

"Minsk 2019”un yeddinci günündə medal siyahısına Rusiya komandası başçılıq edir. Rusiyalı idmançıların aktivində 72 (32-16-24) medal var. İkinci yerdə Belarus (19-13-23), üçüncü pillədə isə İtaliya (8-6-5) yığmaları qərarlaşıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM