Alternative content

19:54 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Minsk 2019”: Azərbaycanın hesabına ikinci qızıl medalı Hacı Əliyev yazdırdı
“Minsk 2019”: Azərbaycanın hesabına ikinci qızıl medalı Hacı Əliyev yazdırdı
ANA SƏHİFƏ / İDMAN
23:47 27.06.2019

İyunun 27-də Azərbaycan güləşçisi Hacı Əliyev "Minsk 2019”da ölkəmizin aktivinə ikinci qızıl medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən H.Əliyev finalda Gürcüstan təmsilçisi, Olimpiya Oyunlarının qızıl və gümüş medalçısı, üçqat Avropa çempionu Vladimer Xinçeqaşvili ilə üz-üzə gəlib. Görüşə daha inamlı başlayan güləşçimiz ardıcıl iki dəfə iki xallıq fənd tətbiq edərək üstünlüyü ələ alıb. Oyunda təşəbbüsü əldən verməyən pəhləvanımız güclü rəqibini 10:2 hesabı ilə məğlub edərək Azərbaycanın aktivinə ikinci qızıl medalı yazdırıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, ölkəmizin Belarusdakı səfiri Lətif Qəndilov və Azərbaycan nümayəndə heyətinin üzvləri güləşçimizin çıxışını izləyiblər.

Üçqat dünya və üçqat Avropa çempionu, "Rio 2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, "Bakı 2015” birinci Avropa Oyunlarının qalibi olan Hacı Əliyev "Minsk 2019”da mübarizəyə səkkizdəbir finaldan başlayıb. O, əvvəlcə Ermənistan təmsilçisi Volodya Franqulyanı, növbəti mərhələdə isə Belarus idmançısı Georgi Kolıevi məğlub edib. Yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Hor Ohannesyanı da məğlubiyyətə uğradan güləşçimiz adını finala yazdırıb.

Xatırladaq ki, ötən gün güləşçilərimizdən Mahir Əmiraslanov (57 kq) qızıl, Hacımurad Hacıyev və Cəmaləddin Maqomedov (125 kq) bürünc medal qazanıblar. Hazırda Azərbaycan yığmasının aktivində 2 qızıl, 4 gümüş və 9 bürünc medal var.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM