Alternative content

03:13 27 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səmayə Məmmədova: Minskdə Azərbaycanın idman ölkəsi kimi tanındığının bir daha şahidi oldum
Səmayə Məmmədova: Minskdə Azərbaycanın idman ölkəsi kimi tanındığının bir daha şahidi oldum
ANA SƏHİFƏ / İDMAN
21:35 27.06.2019

Minskdə keçirilən ikinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançılarının qazandıqları nəticələri qənaətbəxş hesab etmək olar.

Bu fikri Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AZƏRTAC-a açıqlamasında deyib.

Artıq idmanın dörd növü üzrə medalların qazanıldığını deyən S.Məmmədova qarşıdakı yarışlarda Azərbaycanın digər idman növlərində də medal şanslarının yüksək olduğunu xatırladıb: "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idman sahəsində aparılan düşünülmüş siyasət öz bəhrəsini verir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin prioritetlərindən biridir. İnanıram ki, ikinci Avropa Oyunlarında da idmançılarımız uğurlu nəticələri ilə Azərbaycan xalqını sevindirəcəklər”.

Minskə Azərbaycan idmançılarını dəstəkləməyə gələn həmvətənlərimizə xüsusi təşəkkürünü bildirən S.Məmmədova qeyd edib ki, hər bir idmançının uğurunun arxasında həm də azarkeş dəstəyi durur. Mətbuat katibi Minskdə apardığı müşahidələr zamanı Azərbaycanın idman ölkəsi kimi tanındığının bir daha şahidi olduğunu deyib: "Minskdə xarici qonaqlarla, idmançılarla, azarkeşlərlə etdiyim söhbətlər zamanı Azərbaycanla, dövlətimizlə bağlı müsbət fikirləri eşitmək olduqca xoşdur. Ölkəmizin xaricdəki imici deməyə əsas verir ki, Azərbaycan düzgün yoldadır və uğurlu siyasətini davam etdirir”.

Qeyd edək ki, Azərbaycan idmançıları ikinci Avropa Oyunlarında 1 qızıl, 4 gümüş və 9 bürünc qazanıblar.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM