27 Iyun 2019 17:00
515
DÜNYA
A- A+

Buryatiyada sərnişin təyyarəsi qəzaya uğradı


Rusiyanın Buryatiya Respublikasının Nijneanqarsk şəhər hava limanında An-24 sərnişin təyyarəsi qəza enişi etmişdir. Yerli hakimiyyət orqanlarının məlumatına görə, nəticədə heyətin 2 üzvü həlak olmuş, 30 nəfərdən çox sərnişin zərər çəkmişdir.

Buryatiya hökuməti bildirmişdir ki, dünən səhər Ulan-Udedən uçan "Anqara” aviaşirkətinə məxsus An-24 sərnişin təyyarəsi mühərriklərdən biri dayandıqdan sonra Nijneanqarsk aeroportunda qəza enişi etmişdir. Bu zaman təyyarə uçuş-enmə zolağından kənara çıxmış və təmizləmə qurğuları binası ilə toqquşduqdan sonra yanmışdır. Təyyarədə ümumilikdə 47 nəfər olmuşdur. Fəlakət nəticəsində pilot Vladimir Kolomin və texnik Oleq Bardanov həlak olmuşlar.

Son məlumata görə, 33 nəfər tibbi yardım üçün xəstəxanaya müraciət etmişdir. Onların 31-i sərnişin, qalanları isə ikinci pilot və bələdçidir. Yaralıların dördü xəstəxanaya yerləşdirilmişdir. Onlardan ikisi uşaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video