27 Iyun 2019 16:45
482
SİYASƏT
A- A+

Səməd Seyidov: Azərbaycandakı islahatların məqsədi vətəndaşların müdafiəsi, hüquq və azadlıqlarının tam təmin edilməsidir


Azərbaycan Respublikası Avropa Şurasına 2001-ci ildə üzv olub. Bu vaxta qədər ölkəmiz sovet irsindən qurtulmaq üçün dövlət idarəçiliyində, məhkəmə sahəsində və iqtisadi sahədə köklü islahatlara başlayıb. Avropa Şurasına üzv olmaq açıq şəkildə ölkəmizdəki ictimai həyatın demək olar ki, hər bir sahəsini əhatə edən davamlı islahatlara böyük təkan verdi. Azərbaycan bu təşkilatın tərkibində bir sıra öhdəliklər götürdü, onları yerinə yetirmək üçün davamlı tədbirlər görülüb və onların əksəriyyəti artıq başa çatıb. Konstruktiv və kömək etmək niyyətli tənqidləri dinləməyə etiraz etmirik. Ancaq qeyd etmək istəyirəm ki, Azərbaycanda başlanan islahatların əsas məqsədi vətəndaşların müdafiəsi, eləcə də onların hüquq və əsas azadlıqlarının tam təmin edilməsidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində təşkil olunmuş "Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” adlı tədbirdə qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov bildirib ki, bu məqsədlərə nail olmaq üçün illər ərzində ardıcıl fəaliyyət planları, qanunvericilik təşəbbüsləri və siyasi qərarlar qəbul olunub. İqlim dəyişikliyi, yeni çağırışlar mütəmadi olaraq yeni addımlar atılmasını və ya mövcud tədbirləri yenidən nəzərdən keçirməyi tələb edir. Vətəndaş cəmiyyətini təmsil edən təşkilatlarla qarşılıqlı əlaqələr ölkədəki islahatların mühüm tərkib hissəsidir.

"Son vaxtlar ölkəmizin və cəmiyyətin gələcəyi üçün bir sıra çox vacib islahatlar həyata keçirilib və belə tədbirlər vasitəsilə Strasburqdakı həmkarlarımızı məlumatlandırmaq istəyirik. Ümid edirəm ki, bu tədbir vətəndaş cəmiyyəti, parlament və hökumət nümayəndələri üçün davam edən islahatların, xüsusilə də ədliyyə sistemində aparılan islahatların perspektivlərini bölüşməyə imkan yaratdı”, - deyə S.Seyidov vurğulayıb.

Nümayəndə heyətimizin rəhbəri diqqəti Azərbaycan Prezidentinin bu sahə ilə bağlı imzaladığı sərəncam və fərmanlara cəlb edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video