Alternative content

23:22 14 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Slavyan Universitetində “Məzun günü” qeyd olunub
Bakı Slavyan Universitetində “Məzun günü” qeyd olunub
ANA SƏHİFƏ / Təhsil
16:41 27.06.2019

Bakı Slavyan Universitetində (BSU) "Məzun günü” qeyd olunub.

Əvvəlcə BSU-nun foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra məzunlar zala Azərbaycan Respublikasının bayrağını gətiriblər.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri rektor Nurlana Əliyeva açaraq əlamətdar gün münasibətilə məzunları və valideynləri universitetin professor-müəllim heyəti adından təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışan rektor Nurlana Əliyeva Prezident İlham Əliyevin gənclər barədə verdiyi sərəncamlardan söz açıb. O, məzunları gələcək fəaliyyətlərində Bakı Slavyan Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə töhfə verməyə çağırıb. Nurlana hərbi xidmətə gedəcək məzunlara Vətənin keşiyində möhkəm dayanmağı arzu edib.

Məzunları təbrik edən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov ölkəmizdə bilikli və bacarıqlı gənclərə daim ehtiyac olduğunu diqqətə çatdırıb. O, BSU-da müasir tələblərə cavab verən ixtisaslı kadrlar hazırlamasını və həyata keçirilən yenilikləri yüksək qiymətləndirib.

Sonra məzunlar Bakı Slavyan Universitetinin rəmzi bayrağını III kurs tələbələrinə təhvil verərək BSU məzununun Şərəf Andını və ali məktəbin himnini səsləndiriblər.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev məzunları dünyanın istənilən yerində Azərbaycanı layiqincə təmsil etməyə səsləyib. Sonra Füzuli Rzaquliyev və Veteran.az saytının redaktoru Elnur Səlimov BSU-nun rektoru, professor Nurlana Əliyevaya "Ordunun 100 illiyi” medalını təqdim ediblər.

Yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara "Fəxri məzun” diplomları təqdim olunub.

Magistr Umuxanım Müseyibova universitetdə yaradılmış şəraitə görə rektor Nurlana Əliyevaya məzunlar adından minnətdarlığını bildirib. O, universitetdə çalışan professor-müəllim heyətinin tələbələrə göstərdikləri qayğını yüksək qiymətləndirərək bu illərin heç bir zaman unudulmayacağını deyib. BSU-dan məzun olan türkiyəli tələbə Pınar Dural çıxışında xarici tələbələrə göstərilən xoş münasibətdən, universitetdəki tolerant və multikultural mühitdən danışıb. Sonra əcnəbi tələbələr müxtəlif dillərdə məzunları təbrik edərək Azərbaycan dilində mahnılar səsləndiriblər.

Rusiyanın Azərbaycandakı səfirinin humanitar məsələlər üzrə müşaviri İqor Yeronin, təhsil eksperti, professor Şahlar Əsgərov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini Abbas Hüseynov çıxışlarında gənclər üzərində böyük əməyi olan valideynləri və müəllimləri təbrik edərək məzunlara uğurlar diləyiblər.

Tədbir geniş konsert proqramı ilə davam edib. Məzunlar əsgər marşı, şeir və vətənpərvər mahnılardan ibarət kompozisiya təqdim ediblər. Konsert proqramı məzunların "Əlvida, Bakı Slavyan Universiteti” mahnısı ilə başa çatıb.

Qeyd edək ki, bu il Bakı Slavyan Universitetindən bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 595, qiyabi təhsil alan 12 tələbə və magistratura səviyyəsi üzrə 115 magistr məzun olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM