Alternative content

01:46 20 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:40 20.07.2019 Çoxmərhələli layihə
00:20 20.07.2019 Bu da 60
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AZƏRTAC-ın da təsisçisi olduğu "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platforması istifadəyə verilib
AZƏRTAC-ın da təsisçisi olduğu "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platforması istifadəyə verilib
ANA SƏHİFƏ / Təhsil
16:10 27.06.2019

İyunun 27-də Çinin paytaxtı Pekində "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platformasının istifadəyə verilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, cari ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi II "Bir kəmər, bir yol" Beynəlxalq Əməkdaşlıq Forumunun nəticələrinin icrası istiqamətində Çinin Sinxua agentliyinin təşəbbüsü ilə yaradılan platforma "Bir kəmər, bir yol" təşəbbüsünün əhatə etdiyi ölkələrin iqtisadi həyatında, xüsusən də dövlətlərin qeyd olunan təşəbbüs çərçivəsində əməkdaşlığına dair xəbərlərinin mübadiləsi və maraqlı qurumlar, o cümlədən biznes birlikləri, şirkətlər arasında yayılmasını təmin etmək məqsədi daşıyır.

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC Sinxuanın bu təşəbbüsünü dəstəkləyən ilk media qurumlarından biri olmaqla, platformanın təsisçi-üzv statusuna malikdir. AZƏRTAC bu platforma vasitəsilə beynəlxalq ticarət yollarının və nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycanın iqtisadi inkişafı, irimiqyaslı enerji layihələri, biznes və sərmayə mühiti, Asiya ilə Avropa arasında ən qısa dəmir yolu bağlantısını təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunun da daxil olduğu Transxəzər beynəlxalq nəqliyyat marşrutunun fəaliyyəti, ölkəmizin logistika potensialı, turizm infrastrukturu, xarici ticarəti və iqtisadi qanunvericiliyinə dair xəbərlərini geniş auditoriyaya yaya biləcək.

Mərasimdə çıxış edən Sinxua agentliyinin prezidenti Çay Mincao platformanın yaradılmasında yaxından iştirak edən 26 ölkədən 30-dan çox quruma təşəkkür edib. Bildirib ki, "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı xəbər mübadiləsi ilə yanaşı, nüfuzlu media qurumları arasında səmərəli əməkdaşlığın bariz nümunəsidir. Platformaya təkcə KİV-lərin deyil, eləcə də tədqiqat mərkəzlərinin, ticarət və sənaye palatalarının daxil olması onların birgə əməkdaşlığı üçün də yeni imkanlar yaradır. Platformaya daxil olan KİV-lərin və digər qurumların xəbərləri, analitik məqalələri, elmi araşdırmaları "BRİnfo" adlı internet portalında yayılacaq.

Tədbirdə Beynəlxalq Valyuta Fondunun Çindəki baş nümayəndəsi Alfred Şipke, İtaliyanın "Class Editori" media şirkətinin idarə heyətinin sədri Paolo Panerai, Rusiyanın TASS agentliyinin baş redaktoru Marat Abulxatin, Braziliyanın "CMA" xəbər agentliyinin direktoru Rafael Bozzolan Xuan və digərləri "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığının ölkələrin iqtisadi həyatında baş verən yeniliklər barədə bir-birinin məlumatlandırılması üçün geniş imkanlar yaratdığını bildiriblər.

Mərasimdən sonra platformanın ilk iclasında "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığının nizamnaməsi qəbul edilib. Nizamnaməyə əsasən, platforma yeni üzvlər üçün açıqdır. Onun ildə bir dəfə keçiriləcək toplantısında platformanın fəaliyyətinə dair qərarlar qəbul olunacaq, yeni üzvlərin müraciətlərinə baxılacaq, növbəti toplantının vaxtı və yeri təkliflər əsasında müəyyən ediləcək. Təşkilata ümumi rəhbərliyi rəyasət heyəti həyata keçirəcək. Sinxua agentliyi platformanın əlaqələndirici ofisinin fəaliyyətini təmin edəcək.

İclasda çıxış edən AZƏRTAC-ın Çindəki nümayəndəsi Şahin Cəfərov agentliyin İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Bürosunun üzvü Aslan Aslanovun təbriklərini çatdırıb. Bildirib ki, gələn il 100 yaşını qeyd edəcək AZƏRTAC təkcə ölkəmizin deyil, yerləşdiyi regionun aparıcı xəbər agentliyi olmaqla yanaşı, beynəlxalq media əməkdaşlığında fəal iştirak edir. AZƏRTAC-ın Dünya Xəbər Agentliklərinin V Konqresinə, OANA-nın XVI Baş Assambleyasına və MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXII iclasına 2016-cı ilin noyabrında eyni vaxtda ev sahibliyi etməsi agentliyin beynəlxalq media məkanında geniş fəaliyyətinin nəticəsi olub.

Qeyd edilib ki, xəbərlərini Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb, Çin və ispan dillərində yayan AZƏRTAC Çin KİV-ləri, o cümlədən Sinxua agentliyi, "Jenmin Jibao", "China Daily" və "Global Times" qəzetləri ilə uğurlu əməkdaşlıq edir. AZƏRTAC ilə Sinxuanın 2003-cü ildən başlayan əməkdaşlığı dövründə birgə fotosərgilər, təqdimatlar, informasiya və təcrübə mübadiləsi həyata keçirilib. Eyni zamanda, hər iki agentlik Dünya Xəbər Agentlikləri Konqresində və OANA-da sıx əməkdaşlıq edir. Ötən ilin iyununda Şanxay Əməkdaşlıq Təşkilatının Pekində keçirilmiş birinci media sammiti çərçivəsində iki agentlik arasında yeni əməkdaşlıq sazişi imzalanıb.

Bildirilib ki, Sinxua da daxil olmaqla Çin KİV-lərinin media layihələrində fəal iştirak edən AZƏRTAC "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığının fəaliyyətinə də hər cür dəstək verəcək.