27 Iyun 2019 14:30
780
İDMAN
A- A+

Beynəlxalq Olimpiya Komitəsi Olimpiya hərəkatının problemlərini müzakirə edib


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İsveçrənin Lozanna şəhərində keçirilmiş sessiyasında 2026-cı ildə Olimpiya paytaxtının seçilməsi, növbəti Oyunların yerinin müəyyən edilməsi prosedurasının dəyişdirilməsi, boks idman növü üzrə yaranmış mürəkkəb vəziyyət, Rusiya idmanında dopinq qalmaqalı məsələləri müzakirə olunub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, BOK-un 134-cü sessiyasında qəbul edilən ən mühüm qərar İtaliyanın Milan və Kortina-d”Ampetso şəhərlərinin 2026-cı il Qış Olimpiya Oyunlarına ev sahibliyi etməsidir. Bu mübarizədə italiyalılar yeganə rəqibləri olan İsveçin Stokholm şəhərini geridə qoyublar.

Bundan başqa, BOK Olimpiya Xartiyasına da düzəlişlər edib. Bundan sonra Olimpiya Oyunlarının keçiriləcəyi yerin müəyyən edilməsi müddəti 7 il olmayacaq. Təşkilat artıq iki dəfə bu yeni praktikadan istifadə edib və 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarının keçiriləcəyi yeri yeni qaydalarla müəyyən edib. Olimpiya Xartiyasından yarışların məhz Olimpiya paytaxtında keçirilməsi ilə bağlı maddə də çıxarılıb və BOK bundan sonra əsas meyar kimi infrastruktur obyektlərinin səviyyəsini əsas götürəcək.

Sessiyada Ümumdünya Antidopinq Agentliyinin prezidenti Kreyq Ridinin dopinq qalmaqalının rusiyalı idmançılar üçün acınacaqlı nəticələr doğurduğu ilə bağlı narahatlığı da ifadə edilib. O qeyd edib ki, 2012-2015-ci ildə çıxış edən və adı dopinq qalmaqalına qarışmış rusiyalı atletlər üçün aparılan təhqiqatın yekunları çox sərt olacaq. Lakin bu tədbirlər digər idmançıların Tokio Olimpiadasında iştirakı üçün əngəl törətməməlidir.

BOK-un sessiyasında Beynəlxalq Boks Assosiasiyası (AIBA) ilə məsələ də müzakirə olunub. Lakin bu təşkilatın gələcəyi ilə bağlı konkret qərar qəbul edilməyib. Boks üzrə milli federasiyaların yeni təşkilat yaratması ehtimalı da istisna edilməyib. Belə ki, AIBA özü də iflas ərəfəsindədir və hazırda onun borcları 16 milyon dollardır. BOK dəstəyi olmazsa, bu rəqəm iki dəfə arta bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video