27 Iyun 2019 12:23
472
SİYASƏT
A- A+

Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərinin Şəki və Zaqatala rayonlarına səfərləri təşkil olunub


İyunun 27-28-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin regionlarının inkişafı və bu xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə tanış olmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliyin rəhbərləri və onların xanımlarının Şəki və Zaqatala rayonlarına tanışlıq səfərləri həyata keçirilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində xarici diplomatlar Şəki rayonunda "Yuxarı Baş” Dövlət Tarix-Memarlıq qoruğu, Xan Sarayı, "ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, Yuxarı Karvansaray, "Şəki Şərab” Azərbaycan Sənaye Korporasiyası və Kiş kəndində qədim Alban məbədi ilə tanış olacaqlar.

Diplomatların, eyni zamanda, Zaqatala rayonunda "Heydər Əliyev Mərkəzi”, Tarix-Mədəniyyət qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Alban kilsəsi, Tarix-Diyarşünaslıq Muzeyi, eləcə də Fındıq emalı zavodu, "Azroze MMC” və "Azərtütün” MMC ilə tanışlığı nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video