27 Iyun 2019 10:16
684
SİYASƏT
A- A+

Misir KİV-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi geniş işıqlandırılıb


Misirin bir sıra aparıcı KİV-i Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyinin tamam olması ilə baglı geniş məqalələr dərc edib.

AZƏRTAC xəbər verir ki, Misirin "Asia al Youm” informasiya agentliyi, "Gumhuriyya onlayn”, "Al Masriyya”, "Egyptnews”, "alnasher.com” və digər xəbər portallarında yayılan məqalələrdə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusunun yaranmasından və Azərbaycan ordusunun keçdiyi şərəfli yoldan bəhs edilir.

Qeyd olunur ki, həmin il mayın 28-də qəbul edilmiş "İstiqlal bəyannaməsi”ndə qeyd edilib ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratması və hökumət tərəfindən 25 min nəfərlik ordu yaradılması vəzifəsi irəli sürüldükdən sonra, avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub.

Yazılarda qısa müddətdə Milli Ordunun Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad edə bilməsi xüsusi vurgulanır və bildirilir ki, 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra Hərbi Nazirlik ləğv olunub.

Daha sonra ümummilli lider Heydər Əliyevin ölkəmizin iqtisadiyyatının inkişafı və hərbi potensialının möhkələndirilməsindəki rolundan, Azərbaycanın Ermənistan tərəfindən işgal olunmuş ərazilərinin azad olunması sahəsində göstərilən səylərindən və bu siyasətin Prezident İlham Əliyev tərəfindən ugurla davam etdirilməsindən söhbət açılır. Bildirilir ki, son illər ərzində Azərbaycanın hərbi potensialının möhkəmləndirilməsi və silahlı qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusuna çevrilməsi sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında böyük işlər görülüb.

Ölkəmizin hərbi silah istehsalçısı olması və öz hərbi məhsullarını xarici ölkələrə ixrac etməsi xüsusi vurgulanır. Hər il Azərbaycan 45 ölkənin iştirak etdiyi beynəlxalq müdafiə sərgisi təşkil edir və orada öz yeni məhsullarını nümayiş etdirir. Xüsusi vurgulanır ki, BMT-nin dünya ölkələri ordularının gücü ilə baglı "Global Firepower” hesabatında Azərbaycan Silahlı Qüvvələri gücünə görə 59-cu yeri tutur və Cənubi Qafqazın ən qüdrətli ordusu kimi tanınır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video