Alternative content

18:08 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hacı Əliyev: Bu gün iki erməni idmançı üzərində qazandığım qələbəni hərbçilərimizə həsr edirəm
Hacı Əliyev: Bu gün iki erməni idmançı üzərində qazandığım qələbəni hərbçilərimizə həsr edirəm
ANA SƏHİFƏ / İDMAN
23:29 26.06.2019

Gördüyünüz kimi, rəqiblərimə çox çətinliklə qalib gəldim. Hər görüşün öz çətinliyi var. Qismət elə oldu ki, bu gün iki erməniyə qalib gəldim.

AZƏRTAC xəbər verir ki, bu fikri finala vəsiqə qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev jurnalistlərə açıqlamasında söyləyib.

H.Əliyev daha sonra deyib: "Düşünürdüm ki, ikinci erməniyə də qalib gəlsəm, mənim üçün maraqlı olacaq. Bunu düşünə-düşünə ona qalib gəldim. İndi isə ən vacibi final qarşılaşmasıdır. Finaldakı rəqibim olimpiya çempionu gürcü idmançısıdır. Ona iki-üç dəfə uduzmuşam. Güclü güləşçidir, çalışacağam ki, bu dəfə qalib mən olum.

Bu gün Azərbaycanın Silahlı Qüvvələri günüdür. İki erməni idmançı üzərindəki qələbəmi də hərbçilərimizə həsr edirəm”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM