26 Iyun 2019 23:27
624
SİYASƏT
A- A+

Azərbaycan və Çexiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb


İyunun 25-də Praqada Azərbaycan və Çexiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Çexiya tərəfindən Xarici İşlər nazirinin müavinləri - Avropa ölkələri istiqamətindən məsul Aleş Xmelarj və çoxtərəfli diplomatiya məsələlərindən məsul Martin Poveyşil rəhbərlik edib.

Görüş əsnasında siyasi, iqtisadi, hərbi-texniki, humanitar və digər sahələrdə ikitərəfli münasibətlər, Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizdə gedən sosial-iqtisadi inkişaf, o cümlədən regional, eləcə də BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq münasibətləri müzakirə olunub.

Ölkələrimiz arasında siyasi-iqtisadi sahədə əlaqələrdən məmnunluğunu ifadə edən X.Xələfov dövlətlərimizin strateji tərəfdaşlar olduğunu və son dövrdə qarşılıqlı rəsmi səfərlərin və görüşlərin davamlı həyata keçirilməsinin bunun əyani sübutu olduğunu diqqətə çatdırıb.

X.Xələfov Çexiya tərəfinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğulayıb. O, 2013-cü ildə Çexiyanın Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin Xocalı sakinlərinin qətliamına görə Ermənistanı pisləyən 219 nömrəli qərarına görə Çexiyaya təşəkkürünü bildirib.

Tərəflər Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın fəaliyyətindən məmnunluqlarını ifadə edərək, Komissiyanın növbəti iclasının cari ilin sonunda Praqada keçirilməsi barədə razılığa gəliblər. Eyni zamanda, Azərbaycan Prezidentinin 2019-cu ilin sonunda Çexiyaya səfərinin nəzərdə tutulduğu qeyd olunaraq, hər iki tərəfin bu səfərin uğurla həyata keçirilməsi üçün səylərini artırılmasının vacibliyi vurğulanıb.

Çexiya tərəfi Azərbaycanla əlaqələrin əhəmiyyətinə toxunaraq qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərə təkan verdiyini vurğulayıb, bu baxımdan həmin səfərlər çərçivəsində müqavilə-hüquq bazasının təkmilləşdirilməsinə münbit şərait yarandığını qeyd edib.

Həmçinin tərəflər qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Görüşlər qarşılıqlı anlaşma şəraitində keçib və Xarici İşlər nazirinin müavini Xələf Xələfov Çexiya Xarici İşlər nazirinin müavinləri Aleş Xmelarj və Martin Poveyşili Azərbaycana səfərə dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video