Alternative content

02:59 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AŞPA sessiyası çərçivəsində “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” mövzusunda tədbir keçirilib
AŞPA sessiyası çərçivəsində “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” mövzusunda tədbir keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
23:20 26.06.2019

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Avropa Şurası yanında daimi nümayəndəliyimizin və AŞPA-dakı nümayəndə heyətimizin birgə təşkilatçılığı ilə «Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” adlı tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə vətəndaş cəmiyyəti təşkilatları və Azərbaycan hökuməti nümayəndələrinə ölkəmizdə davam edən islahatlara dair müvafiq perspektivləri bölüşmək imkanı yaradıb. İştirakçılara penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı haqqında ətraflı məlumat verilib.

AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva, Avropa İnsan Haqları Məhkəməsində (AİHM) səlahiyyətli nümayəndə Çingiz Əsgərov və Azərbaycanın İnsan hüquqları müdafiə mərkəzinin direktoru Eldar Zeynalov çıxış edərək, ölkəmizdə hüquq, məhkəmə və penitensiar sistemdə, sosial sahədə həyata keçirilən islahatlardan, gənclər siyasəti, uşaq və qadın hüquqları, vətəndaşların rifahının yaxşılaşdırılması məqsədi ilə imzalanmış sərəncam və fərmanlar barədə söz açıblar.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə fəaliyyəti təkmilləşdirilir, vətəndaşların məhkəmələrə əlçatanlığı asanlaşdırılır, infrastruktur müasirləşdirilir. Ölkədə bu sahədə görülən işlər fəaliyyətin yüksək səviyyədə təşkilinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və insan hüquqlarının etibarlı təminatına töhfə verib. Prezidentin Sərəncamının məqsədi ölkəmizin inkişafı və əldə edilən hərtərəfli uğurlar fonunda cəza siyasətinə, cinayət qanunvericiliyinə, məhkumların hüquqlarının təminatı məsələlərinə baxışın yenilənməsi, penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə mütərəqqi təcrübələrin tətbiqidir.

Bildirilib ki, vətəndaşların hüquq və azadlıqlarının tam təmin edilməsi ölkəmizdə həyata keçirilən islahatların ümdə məqsədidir. Bu məqsədə nail olmaq üçün ötən illər ərzində bir çox qanunvericilik təşəbbüsləri irəli sürülüb, fəaliyyət planları və siyasi qərarlar qəbul edilib. Yeni çağırışlar mövcud sistemi nəzərdən keçirməyi və mütəmadi olaraq yeni addımlar atmağı tələb edir.

Tədbirdə ölkəmizdə vətəndaş cəmiyyəti təşkilatları ilə dövlət qurumları arasında qarşılıqlı əlaqələrin inkişafından, dialoq platformasından da bəhs olunub.

Sonda tədbir iştirakçıları çıxışlarla bağlı fikirlərini bildirib, Azərbaycanda gedən islahatları yüksək qiymətləndiriblər. Ölkəmizdə islahatların bundan sonra da uğurla həyata keçiriləcəyi, hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının birgə fəaliyyət göstərməsi üçün dialoq platformasının davam etdiriləcəyi vurğulanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM