Alternative content

02:58 15 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
02:32 15.11.2019 Mütərəqqi yenilik
02:28 15.11.2019 34 milyonuncu müraciət
02:16 15.11.2019 Xilaskar təbib
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur
Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:19 26.06.2019

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında dostluq münasibətləri müxtəlif istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafına şərait yaradıb. Əmək, məşğulluq, sosial müdafiə sahələrində də qarşılıqlı fayda verən uğurlu əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səfərdə olan BƏƏ-nin Yerli İcmaların İnkişafı üzrə naziri xanım Hessa Buhumaidlə nazirlikdə keçirilən görüşdə qeyd edib.

Nazir ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətlər, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atılan mühüm addımlar barədə qonağa məlumat verib.

S.Babayev milli sosial təminat sisteminin innovativ yanaşmalar, müasir və şəffaf iş mexanizmləri əsasında təkmilləşdirilməsi, əhaliyə "bir pəncərə”dən, habelə proaktiv xidmətlərin təşkili, DOST layihəsinin reallaşdırılması istiqamətlərində aparılan islahatları diqqətə çatdırıb. Fəal əmək bazarı proqramlarının genişləndirilməsi, aztəminatlı ailələrin kiçik biznesə çıxışına dəstək olan özünüməşğulluq proqramı barədə məlumat verib.

İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzindən bəhs edən S.Babayev həmin mərkəzin təşkilata üzv ölkələr, eləcə də Azərbaycan ilə BƏƏ arasında layiqli əməyin təminatı, məşğulluq, əmək bazarı proqramlarının genişləndirilməsi, sosial müdafiə, sosial tərəfdaşlığın gücləndirilməsi və s. sahələrdə əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğulayıb.

Xanım H.Buhumaid BƏƏ-nin Azərbaycan ilə əlaqələrinin dost münasibətləri əsasında inkişafının məmnunluq doğurduğunu deyib. O, ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq gündəliyinin daim genişlənməkdə olduğunu, sosial sahədə də fəal əməkdaşlığın qurulmasının, təcrübə və məlumat mübadilələrinin aparılmasının önəmli ola biləcəyini vurğulayıb.

Görüş bu iki nazirlik arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlığa dair müzakirələrlə davam edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM