Alternative content

18:09 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb
ANA SƏHİFƏ / SİYASƏT
18:15 26.06.2019

Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun iyunun 26-da bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən BMT-nin Təhsil və Tədqiqat Mərkəzinin icraçı direktoru Nixil Set hökumətlərin Dayanıqlı İnkişaf Məqsədlərini milli proqramlarına daxil etməsini yüksək qiymətləndirib.

Nixil Set, həmçinin qeyd edib: "Son illər dünyada aclıq, yoxsulluq və uşaq ölümləri halları çoxalıb, həssas qrupların vəziyyətində müsbət dəyişiklik qeydə alınmayıb. Münaqişələr və qeyri-sabitlik artıb, nəticədə 105 milyon insan öz evlərindən didərgin düşüb. Onların 80 faizindən çoxu inkişaf etməkdə olan ölkələrin sakinləridir".

İcraçı direktor Azərbaycanın "ASAN xidmət" modelinin keyfiyyətli dövlət xidmətləri təklif etdiyini bildirib. O, bu modelin digər ölkələr üçün nümunə olduğunu qeyd edib.

Nixil Set Forumda müzakirə edilən məsələlərin və əldə edilən həll yollarının iştirakçı ölkələrdə tətbiq olunacağına ümid etdiyini vurğulayıb.

O, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Forumun keçirilməsində məqsədin dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual olan məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi olduğunu vurğulayaraq deyib: "Dünyanın 190-dan çox ölkəsindən 800-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar. Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunmuş ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 3 paralel tədbir təşkil olunub. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qalibləri təltif edilib. Bununla yanaşı, Azərbaycan rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.

Agentliyin təşəbbüsü ilə dövlət xidmətlərinin göstərilməsi üzrə "ASAN Beynəlxalq Assosiasiyası"nın yaradılmasına dair Niyyət Bəyannaməsi, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və e-hökumət sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb".

Bununla da Forum işini yekunlaşdırıb.

Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib, onların sualları cavablandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM