Alternative content

18:06 21 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV BMT-nin Bakı Forumunda nazirlərin dəyirmi masası təşkil olunub
BMT-nin Bakı Forumunda nazirlərin dəyirmi masası təşkil olunub
ANA SƏHİFƏ / SİYASƏT
18:14 26.06.2019
Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu davam edir.

AZƏRTACxəbər verir ki, forum çərçivəsində iyunun 26-da "Xidmətlərin səmərəli çatdırılması, yenilikçi transformasiya və məsuliyyətli institutların gücləndirilməsi üçün milli və yerli fəaliyyətin təşviqi" mövzusu üzrə nazirlərin dəyirmi masası təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli bildirib ki, üç gün davam edən tədbir fikir mübadiləsi baxımından çox səmərəlidir. O deyib: "Hazırda Azərbaycanda 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Mərkəzlərdə 17 min könüllü var. Onlardan 1500 nəfəri işlə təmin olunub. "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin təşkili prosesinə vətəndaşların cəlb edilməsi, yaradıcı, sosial və ictimai əhəmiyyətli ideyaların toplanılması üçün elektron "İdeya Bankı” da yaradılıb.

Dəyirmi masa zamanı dövlət xidmətlərinin göstərilməsi, effektiv təsisatlar, Davamlı İnkişaf Məqsədləri ilə bağlı çağırışlara və digər çətinliklərə münasibətdə ayrı-ayrı ölkələrin gördükləri tədbirlər, təcrübələr, həmçinin birgə görülməli olan digər fəaliyyət növləri barədə müzakirələr və fikir mübadiləsi aparılıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM