26 Iyun 2019 12:37
664
SİYASƏT
A- A+

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində növbəti plenar sessiya keçirilib


Plenar sessiya "Transformasiyanı şərtləndirən innovasiyalar” mövzusuna həsr olunub


Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu iyunun 26-da işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, Misirin Qahirə Amerika Universitetinin Qlobal Məsələlər və Dövlət Siyasəti Məktəbinin professoru Laila El Baradeyin moderatorluğu ilə "Transformasiyanı şərtləndirən innovasiyalar” mövzusunda keçirilən plenar sessiyada "Gogontlejang Phaladi Ümid Sütunu" Təşkilatının (GPPHO) təsisçisi və icraçı direktoru Gogontlejang Faladi, "Blockchain Global" şirkətinin təsisçisi və baş icraçı direktoru Sam Li, Böyük Britaniyanın Telekommunikasiyalar Təşkilatının İKT üzrə İnkişaf Bölməsinin rəhbəri Gisa Fuatai Purcell, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi”nin direktoru Tağı Tağızadə çıxış ediblər.

"İnnovasiyalar Mərkəzi”nin startapların və innovativ sahibkarlığın təşviqi üçün işlər gördüyünü deyən qurumun direktoru Tağı Tağızadə bildirib: "Startapların alət və məhsullarını biznesə gətirməyə çalışırıq. Burada müəyyən çətinliklər də var. Lakin ölkələr arasında körpü qurulması startaplara yeni investorların tapılmasına kömək edir. Startapların mal və məhsullarının bazara çıxarılması üçün infrastruktur yaradılması vacibdir. Azərbaycanda innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi fəaliyyət göstərir".

Mərkəzin direktoru qeyd edib ki, innovasiya və rəqəmsal texnologiyalar Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında mühüm rola malikdir. O, 2030-cu ilədək DİM-in bütün məqsədlərinə nail olunacağına ümid etdiyini bildirib.

Digər çıxış edənlər təmsil etdikləri qurumların gördüyü işlər haqqında ətraflı məlumat verib, forumun DİM-ə nail olunmasında əhəmiyyətli rol oynayacağına inandıqlarını diqqətə çatdırıblar.

Plenar sessiyanın ardınca Dövlət Sektorunun İnkişafı İnstitutunun Dövlət İslahatları üzrə eksperti Nik Thjis tərəfindən BMT-nin Dövlət Xidmətləri Forumunun nəticələrinə dair hesabat təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video