26 Iyun 2019 12:36
694
SİYASƏT
A- A+

Azərbaycan nümayəndə heyəti “ARMY-2019” Forumu çərçivəsində bir sıra görüşlər keçirib


Moskvadakı "Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində təşkil olunan "ARMY-2019" V Beynəlxalq Hərbi-Texniki Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, forum çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Rusiyanın Sənaye və Ticarət Nazirliyi arasında hərbi sənaye sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və Rusiya sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev imzalayıblar.

Bundan əlavə, Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və müdafiə nazirinin müavini Fuad Məmmədov "Rosoboroneksport" şirkətinin baş direktoru Aleksandr Mixeyev və Rusiya Taktiki Raket Silahları Korporasiyasının baş direktoru Boris Obnosov ilə görüşlər keçiriblər.

Qeyd edək ki, forum çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi öz stendini təqdim edir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycan stendi ilə tanış olub. Müdafiə nazirinə Azərbaycan stendində nümayiş etdirilən silahlar barədə ətraflı məlumat verilib.

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev TASS agentliyinə müsahibəsində Rusiya ilə bir sıra iri birgə layihələr həyata keçirildiyini bildirib. O qeyd edib ki, "Taktiki raket silahları” korporasiyası ilə birgə layihə çərçivəsində Azərbaycan tərəfi lisenziya üzrə "Kalaşnikov AK-74M” avtomatları istehsal edir. Bundan əlavə, Müdafiə Sənayesi Nazirliyinin ehtiyat hissələri və servis xidməti üzrə də müqaviləsi mövcuddur. Y.Musayev vurğulayıb ki, Azərbaycanda silah və hərbi texnika istehsalına xüsusi diqqət yetirilir, ölkəmiz hazırda xaricə atıcı silahlar və döyüş sursatları ixrac edir. Bu, Azərbaycanın yeni yaradılmış müdafiə sənayesi üçün nəzərəçarpacaq uğur sayıla bilər.

"ARMY-2019" forumu çərçivəsində təşkil olunmuş sərgi Rusiyanın digər regionlarında da nümayiş etdiriləcək. Forum iyunun 30-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video