26 Iyun 2019 12:05
631
SİYASƏT
A- A+

Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır


Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri, əsgər və zabitləri təbrik edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

F.Heydərov bildirib ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri döyüş qüdrətinə və təchizatına görə dünyanın ən güclü orduları sırasındadır. Ölkəmiz dünyada ordumuzun qüdrətinə görə 52-ci yerdə durur. Bu çox mühüm amildir. Nizami ordunun gücünü, qüvvətini saxlamaq üçün böyük əzm və iradə lazımdır. Bunu da qüdrətli sərkərdə bacarığı olan Prezident, Ali Baş Komandan İlham Əliyev edə bilib. Quruculuğu ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik strategiyasının reallaşması dövründən başlayan möhtəşəm Azərbaycan Ordusu, Prezident İlham Əliyevin rəhbərliyi altında sözün həqiqi mənasında dünyanın qüdrətli silahlı qüvvələri sırasında özünə layiqli yer tutub.

Təbrikdə deyilir: "Biz nizami ordunun gücünü, qüvvətini məlum Aprel döyüşlərində bir daha görmüş olduq. Ulu Öndərimizin ideyalarına sadiq olan hərbçilərimiz, Azərbaycan əsgəri quruda, havada və dənizdə, hər yerdə Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir. Vətənin hər bir çağırışına hər an hazır vəziyyətdə dayanmışdır ki, bu da biz ağsaqqalların qürur yeri, fəxr mənbəyidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video