Alternative content

19:13 06 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda əhaliyə xidmət işi dünyaya nümunə göstərildi
Azərbaycanda əhaliyə xidmət işi dünyaya nümunə göstərildi
ANA SƏHİFƏ / SİYASƏT
01:33 26.06.2019


Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatı Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edildi


İki gün əvvəl Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə reallaşan BMT-nin Dövlət Xidmətləri Forumu uğurlu işi ilə dünyanın diqqətini cəlb etdi.

190-dan çox ölkədən 500-dən artıq nümayəndənin iştirak etdiyi bu foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi, dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılmışdılar. Bu forumun ölkəmizdə keçirilməsinə zəmin yaradan önəmli amillərdən biri dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, "ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət xidmətləri mükafatına layiq görülməsidir.

Qürurverici haldır ki, nəinki Cənubi Qafqazın, eyni zamanda bütün dünya ictimaiyyətinin maraqla izlədiyi bu forumda Azərbaycan BMT tərəfindən xüsusi mükafata layiq görüldü. Mükafatın əsas təyinatı odur ki, Azərbaycan "ASAN xidmət” modeli ilə dövlət xidmətləri sahəsində ciddi bir islahata imza atıb. Bu mötəbər tədbirin Azərbaycanda keçirilməsi həm də ona görə əhəmiyyətlidir ki, Bakı Şərqi Avropada Dövlət Xidmətləri Forumunun keçirildiyi ilk şəhər kimi tarixə düşdü.

Forumu Azərbaycan üçün əhəmiyyətli edən amillərdən biri də Beynəlxalq ASAN Assosiasiyasının təsis olunmasıdır. Bu, bütün ölkələrin dövlət xidmətlərinin birləşdiyi bir təşkilat olacaq. Qurumun adı da ASAN olacaq. Bu isə o deməkdir ki, "ASAN xidmət” təkcə Azərbaycanın intellektual brendi deyil, həm də beynəlxalq bir təşkilatın adına çevriləcək. Bu addımın məqsədi "ASAN xidmət” modelinin digər dövlətlərdə tətbiqi ilə bağlı mübadilə aparmaqdır.

Bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çıxış etmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva vurğulamışdır ki, "ASAN xidmət” Azərbaycan Prezidentinin təşəbbüsü ilə genişmiqyaslı dövlət idarəçiliyi islahatlarının bir hissəsi kimi 2012-ci ildə təsis edildi. Xalq isə dərhal bu islahatları alqışladı. "ASAN xidmət” Bakıda kiçik pilot layihə ilə fəaliyyətə başladı.

Həmin vaxt xalqın tələbatlarına şəffaf, əlçatan, səmərəli və rahat şəkildə cavab vermək məqsədilə bir neçə dövlət xidmətləri göstərən qurum bir binaya toplaşdı. "ASAN xidmət” dərhal əhali arasında o qədər populyarlaşdı ki, biz bu uğurun davamı olaraq göstərilən xidmətlərin sayını və növünü çoxaltmaq fikrinə gəldik və "ASAN xidmət” Azərbaycanın rayonlarında da açılmağa başladı.

Nisbətən az müddət ərzində "ASAN xidmət”in insanların tələbatlarını həll etməkdə dövlət xidmətləri sahəsində yeni mədəniyyəti təqdim edən milli brendə çevrildiyini deyən Birinci vitse-prezident hazırda 10 "ASAN xidmət”in rayonlarda, 5-nin isə Bakıda fəaliyyət göstərdiyini bildirdi. Bu ilin sonuna qədər əlavə 5 "ASAN xidmət”in rayonlarda, 2-sinin isə Bakıda açılacağını diqqətə çatdıran Mehriban xanım Əliyeva dedi: "Görülmüş işlərin həcmi baxımından sizə bir rəqəmi təqdim edəcəyəm. 2013-cü ildən etibarən ASAN mərkəzlərində ölkə üzrə 30 milyondan artıq ərizəyə baxılmışdır. Bu gün həmin mərkəzlərdə 320 dövlət və özəl xidmət göstərilir. 12 müxtəlif dövlət qurumu və bir qrup özəl şirkətlər bir bina daxilində "ASAN xidmət”də təmsil olunurlar. Çox qısa müddət ərzində "ASAN xidmət” dövlət ilə vətəndaş arasında münasibətlərdə mərkəzi yeri tutdu”.

"Vətəndaş rəyinin daimi monitorinqi bu layihənin uzun perspektivdə uğuruna xidmət edir” deyən Birinci vitse-prezident bu nailiyyətin digər səbəbinin gənclərimizin fəal və geniş şəkildə iştirakı ilə bağlı olduğunu söylədi. Mehriban xanım Əliyeva qeyd etdi ki, 2013-cü ildən başlayaraq 19 mindən artıq könüllü ASAN-ın işində iştirak edib. Onlardan 1100 nəfəri müxtəlif "ASAN xidmət”lərdə tam ştatlı işlə təmin olunmuşdur.

Birinci vitse-prezidentin çıxışında qeyd edildiyi kimi, ölkəmizin müsbət təcrübəsi beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdir. Bu ilin əvvəlində birinci bənzər mərkəz Kabildə açılıb, Əfqanıstandan olan 100-dən çox ekspertə Azərbaycanda "ASAN xidmət” tərəfindən təlim keçirilib. İndiyədək ASAN-la müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında 10 anlaşma memorandumu imzalanıb. Bundan başqa, insanlara proaktiv elektron xidmətlərin göstərilməsi üçün Asan "myGov” portalı yaradılıb.

2016-cı ildə ölkəmizdə "ASAN xidmət”ın uğurlu davamı olaraq ABAD adı altında digər sosialyönümlü xidmət fəaliyyətə başlamışdır. ABAD Azərbaycanın regionlarında kiçik ailə təsərrüfatı bizneslərinə yardım etmək və kiçik sahibkarlığı inkişaf etdirmək məqsədini daşıyan publik hüquqi şəxsdir. Bu layihənin reallaşmasında məqsəd ölkənin sosial və iqtisadi inkişafına vətəndaşların daha fəal və yaradıcı şəkildə cəlb edilməsidir. 400-ə yaxın üzvü olan ABAD regionlarda işsizlik məsələsinin həlli üçün mühüm bir vasitədir.

Tədbirdə BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin Azərbaycanın dünya birliyinə, dünya ictimaiyyətinə nümunə göstərilən iş təcrübəsindən söhbət açdıqdan sonra ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təqdim etdi.

Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, daha sonra İndoneziya Respublikasının Qunadarma Universitetinin rektoru və Özəl Universitetlər Assosiasiyasının vitse-prezidenti, professor xanım Eko Sri Margianti və digərləri vurğulamışlar ki, Azərbaycanda əhaliyə xidmət işi beynəlxalq ictimaiyyətin başlıca hədəflərindən birinə çevrilib.

Rəhman SALMANLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM