Alternative content

21:34 22 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özbəkistan: bir cüt quyudan nəhəng komplekslərədək
Özbəkistan: bir cüt quyudan nəhəng komplekslərədək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:21 26.06.2019


Özbəkistan Respublikası neft-qaz və onlardan hazırlanan məhsulların iri ixracatçılarındandır. Son illərdə ölkənin neft-qaz sənayesində müasir infrastruktur yaradılıb. Bir sıra nəhəng və strateji cəhətdən vacib istehsalat qurğuları, o cümlədən Şurtan və Üsttəpə qaz-kimya kompleksləri, Qandım Qaz Emalı Zavodu, Özbəkistan-Çin transmilli qaz kəmərinin üç qolu istifadəyə verilib.

Özbəkistanda sənaye üsulu ilə neft hasilatının 135 ilə yaxın tarixi var. Belə ki, 1885-ci ildə Fərqanə vadisi rayonunun Çimion qəsəbəsi yaxınlığında iki quyudan neft çıxarılmağa başlanıb. 1904-cü ildə bu ərazidə ciddi kəşfiyyat işləri aparılıb və 278 metr dərinlikdən neft fontan vurub.

1906-cı ildə Fərqanə vilayətində ahəngdar işləyən ikihissəli bir qurğudan ibarət neftayırma zavodu istifadəyə verilib. O zaman neft mədəndən buraya arabalarla daşınırdı. Yanacağın keyfiyyəti termometr və areometrlərlə müəyyən edilirdi. Müəssisənin əsas məhsulları - kerosin işıqlandırma, mazut istilik üçün istehsal olunurdu. Benzin zavodun hüdudlarından kənarda, quyularda yandırılırdı. Yalnız 1915-1916-cı illərdə Orta Asiyada daxiliyanma mühərrikli avtomobillər peyda olandan sonra benzin də öz istifadəsini tapdı. Neft məhsulları Əfqanıstana və Çinə dəmir yolu və arabalarla ixrac olunurdu.

1907-ci ildə zavodu Nobel qardaşları əldə etdilər və onun mərhələlərlə təmirinə başladılar. Elə həmin il Çimion mədənindən zavodadək uzanan 4 düymlük neft kəməri istifadəyə verildi və çən parkı tikildi. İllər keçdikcə burada elmi laboratoriyalar işə düşdü, texnoloji proseslər təkmilləşdirildi.

1940-cı ildə ölkədə neft hasilatının həcmi 176 min tona çatdı.

Özbəkistanda ilk qaz isə 1953-cü ildə Qızılqum səhrasındakı "Sətalantəpə” yatağından çıxarılıb. 1962-ci ildə nəhəng "Qazlı” yatağı istifadəyə veriləndən sonra Buxara-Ural və Orta Asiya-Mərkəz qitələrarası qaz kəmərləri çəkilib.

Bütövlükdə indiyədək Özbəkistanın neftli-qazlı regionlarında 270-dən çox karbohidrogen yatağı kəşf olunub. Onlardan yarıya qədərinin kəşfi ölkənin müstəqillik dövrünə təsadüf edir. Belə ki, 1991-2018-ci illərdə 134 yataq açılıb.

Ölkənin neftli-qazlı ərazilərinə Üstyurd, Buxara-Xivə, Cənub-Qərbi Qissar, Surxandərya və Fərqanə regionları daxildir. Xarəzm, Sırdərya əraziləri isə perspektiv sahələr hesab olunur.

Dövlət müstəqilliyin ilk illərində yanacaq-enerji təhlükəsizliyinin yaradılmasını qarşıya məqsəd kimi qoydu. Nəticədə duru karbohidrogenlərin hasilatı artdı və bu, ölkənin həm daxili tələbatı ödəməsində, həm də xarici bazara məhsul göndərməsində özünü göstərdi.

1992-ci il mayın 3-də ölkə prezidenti "Özbəkneftqaz” Dövlət Neft və Qaz Sənayesi Konserninin yaradılması haqqında” fərman imzaladı. Həmin il dekabrın 23-də prezidentin növbəti fərmanı ilə konsern milli korporasiyaya çevrildi. Altı il sonra qurum dövlət başçısının fərmanı ilə milli holdinq şirkəti adlandırıldı. Nazirlər Kabineti holdinq şirkətinin təşkili və fəaliyyəti haqqında qərar verdi.

1996-cı ilin sonunda Şurtanda böyük qaz-kimya kompleksinin tikintisinə başlandı. Beş il davam edən tikinti işləri başa çatandan sonra kompleksin rəsmi açılış mərasimi keçirildi. Buxara Neft Emalı Zavodu isə 1997-ci ildən fəaliyyət göstərir. Bu müəssisə Fransanın "TEKNİP” şirkətinin layihəsi əsasında tikilib. Zavodun texnoloji proseslərinin formalaşdırılmasında Fransanın Neft İnstitutunun, Amerikanın "Merikem” və Hollandiyanın "Komprimo” şirkətlərinin lisenziyalarından istifadə olunub.

Tərəfdaşlardan söz düşmüşkən, Özbəkistan neft-qaz sahəsində bir sıra layihələri dünyanın aparıcı şirkətləri, məsələn, Rusiyanın "Qazprom” və "LUKoyl”, Çinin CNPC International, Cənubi Koreyanın KNOC şirkətləri ilə birgə reallaşdırır. Keçən il ölkədə ümumi dəyəri 1 milyard 582 milyon dollara yaxın olan istehsalat qurğuları və obyektləri istismara verilib. Bu il isə 15 investisiya layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

Hazırda indiyə qədər az öyrənilən və geoloji strukturları mürəkkəb olan bloklarda geoloji kəşfiyyat işləri aparılır. Burada da Özbəkistan neftçiləri xarici şirkətlərlə tərəfdaşlıq edirlər. Bunlar "Total” (Fransa), KNOC (Cənubi Koreya), SOCAR (Azərbaycan), "British Petroleum” (Böyük Britaniya), "Qazprom”, "LUKoyl”, "Tatneft” (Rusiya), "Mubadala Petroleum” (Birləşmiş Ərəb Əmirlikləri), ONGC Videsh (Hindistan) şirkətləridir.

Yaxın gələcəkdə Özbəkistanın neft-qaz sənayesində yeni mühüm layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulur. "Qandım” yataqlarında, Qandım Qaz Emalı Zavodunda tikinti işlərinin 2020-2029-cu illəri əhatə edən ikinci mərhələsi həyata keçiriləcək. Şurtan Qaz-Kimya Kompleksində yeni istehsalat sahəsi inşa edilir və burada işlərin gələn ilin ortalarında başa çatacağı gözlənilir.

Özbəkistanın azad iqtisadi zonalarında hazırda "Özbəkneftqaz”ın 9 müəssisəsi fəaliyyət göstərir. Onlardan 6-sı Nəvai, 3-ü Anqren azad iqtisadi zonalarındadır. Burada 4 yeni layihə reallaşdırılacaq. Görüləcək işlər sırasında Buxara Neft Emalı Zavodunun mövcud qurğularının genişləndirilməsi və modernləşdirilməsi, "Qazlı” kompleksində hasilatın və ixracın artmasına, qış mövsümündə istehlakçılara qazın sabit şəkildə çatdırılmasına yönəldilən tədbirlərin həyata keçirilməsi də var. Buraya Üstyurdda istehsalı mənimsənilən və kütləvi buraxılışı Şurtanda planlaşdırılan ətirli karbohidrogenlərin istehsalına başlanması da daxildir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM