Alternative content

07:33 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:14 26.06.2019


Sankt-Peterburqda keçirilən Dünya Neft Şurasının iclasında 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə evsahibliyi edəcək ölkə müəyyənləşib. Energetika Nazirliyinin yaydığı xəbərə görə, Dünya Neft Şurasının 41 üzv ölkəsinin iştirakı ilə keçirilən səsvermədə Azərbaycandan yalnız 1 səs fərqi ilə Kanada seçilib. Azərbaycanla yanaşı, Kanada, Argentina, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanın mübarizə apardığı səsvermə 4 mərhələdə keçirilib. Final mərhələsinə qalan Azərbaycan 20, Kanada isə 21 səs toplayıb.

Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən energetika naziri Pərviz Şahbazov bildirib ki, ilk dəfə namizədliyini irəli sürmüş ölkə olaraq Azərbaycanın belə yüksək səslə finala qədər gəlməsi Dünya Neft Şurası tarixində nümunə sayılacaq hadisədir.

"Təcrübə göstərir ki, Dünya Neft Konqresinə evsahibliyi hüququ bir neçə dəfə namizədlik cəhdindən sonra əldə edilir. Türkiyə, ABŞ məhz üç dəfə namizədliklərini irəli sürdükdən sonra seçiliblər. Azərbaycandan fərqli olaraq, Qazaxıstan, Kanada, Birləşmiş Ərəb Əmirlikləri və Argentina bir neçə dəfə namizəd kimi mübarizəyə qatılıblar. Dünya Neft Şurasında uzun illərdir təmsil olunmalarına və aktiv fəaliyyətlərinə baxmayaraq, bu ölkələrlə müqayisədə Azərbaycan ilk dəfədən belə bir səs çoxluğu qazana bildi”, - deyə nazir əlavə edib.

Energetika naziri kifayət qədər güclü namizədlər arasından ölkəmizə belə bir münasibəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycanın artan beynəlxalq nüfuzu, enerji təhlükəsizliyinin etibarlı təminatçısı kimi güclənən strateji mövqeyi ilə izah edib.

"Bütün bu reallıqlara bugünkü prosesdə iştirak edən ölkələrin münasibətində bir daha şahid olduq”, - deyə nazir bildirib.

O qeyd edib ki, səsvermə prosesində namizəd kimi iştirak Azərbaycana daha bir təcrübə qazandırıb. Yanvardan aparılan kampaniya ölkəmizin dünya miqyasında bir daha tanıdılmasına, dəyərlərimizin təbliğinə xidmət edib. Eyni zamanda, Dünya Neft Şurası üzvləri ilə əməkdaşlıq əlaqələrimiz daha da möhkəmlənib.

Qeyd edək ki, Dünya Neft Şurası tarixində ilk dəfə olaraq səsvermə prosesi 5 namizədlə 4 mərhələdə keçirilib. Səsvermədən əvvəl ölkələrin təqdimatları dinlənilib.

Tədbirdə energetika naziri P.Şahbazov çıxış edib. Neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatlar nümayiş etdirilib. Həmçinin Dünya Neft Şurası üzvlərini ölkəmiz barəsində daha ətraflı məlumatlandırmaq məqsədilə Azərbaycan xüsusi stendlə təmsil olunub.

1933-cü ildə yaradılan, 62 üzvdən ibarət Dünya Neft Şurasına Azərbaycan 2005-ci ildə üzv seçilərək "Milli Neft Komitəsi” İB-i təsis edib və indiyə kimi bu mötəbər qurumun tədbirlərində fəal iştirak edib.

Dünya Neft Şurasının mühüm platforması kimi üç ildən bir keçirilən Dünya Neft Konqresi neft-qaz sahəsində baş verən proseslərin qlobal miqyasda müzakirəsi və yeni çağırışların birgə dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM