25 Iyun 2019 23:05
490
SİYASƏT
A- A+

Bu gün Azərbaycan dövlət xidmətlərinin göstərilməsi üzrə qabaqcıl modelləri dünyaya təqdim edir


Azərbaycan özünün yüksək inkişafına görə dünyanın diqqət mərkəzindədir. BMT-nin Dövlət Xidmətləri Forumunun Bakıda keçirilməsi bir daha göstərir ki, bu gün Azərbaycan dövlət xidmətlərinin göstərilməsi üzrə ən qabaqcıl modelləri dünyaya təqdim edir.

Bu fikri AZƏRTAC-a müsahibəsində BMT-nin iqtisadi məsələlər üzrə eksperti Louis Meuleman deyib.

O bildirib ki, builki Forumda müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirlərinin, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxslərinin iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.

"Ümid edirəm ki, forum səmərəli dövlət xidmətlərinin çatdırılması və innovativ transformasiya vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində aparılan işlərə mühüm töhfələr verəcək”, - deyə Louis Meuleman qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video