25 Iyun 2019 23:05
460
SİYASƏT
A- A+

Forum çərçivəsində Qərbi Balkan ölkələri, Gürcüstan və Azərbaycandan öyrənilmiş təcrübələr müzakirə olunub


Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində "Xidmətlərin göstərilməsi, keyfiyyətin idarə olunmasi və liderlik rolunun əlaqələndirilməsi: Qərbi Balkan ölkələri, Gürcüstan və Azərbaycandan öyrənilmiş təcrübələr" mövzusunda tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, ReSPA tərəfindən təşkil olunan bu tərəfdaş tədbirdə Qərbi Balkanlarda dövlət xidmətlərinin göstərilməsinin inkişafı məsələsi araşdırılıb.

Tədbirin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasındakı mövcud problemlərin diqqətə çatdırılması, 2030-cu il Gündəliyinin həyata keçirilməsi üçün səmərəli qeyri-mərkəzləşdirilmiş idarəçiliyin necə qurulmalı olduğunun müzakirəsi olub.

Bu tədbir üç sessiyadan ibarət olub. Sessiyalar "Qərbi Balkanlarda dövlət xidmətlərinin göstərilməsi sahəsində vəziyyət", "Dövlət xidmətlərinin göstərilməsində ilhamverici hallar", " Dövlət idarəçiliyində liderlik və peşəkarlıq dövlət xidmətlərinə necə təsir edir?" mövzularında keçirilib.

Sessiyada çıxış edən Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov Mərkəzin müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin etdiyini bildirib. O qeyd edib ki, Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, e-viza verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılıb və vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunub.

Direktor Elektron Hökumət portalı, "myGov" portalı, "ASAN Viza", "ASAN Ödəniş", "ASAN Finans", "e-Agro" və digər layihələr haqqında da məlumat verib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov istənilən uğurun əsasında liderlik və peşəkarlığın dayandığını, bunun üçün isə insan resurslarının gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, dövlət qulluqçuları üçün təlimlərin keçirilməsi bu istiqamətdə atılan faydalı addımlardandır. Rektor deyib: "2018-ci il Davos Forumunun hesabatında inklüziv inkişaf indeksinə görə, Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında 3-cü yerdə qərarlaşaraq, iqtisadi imkanları daha yüksək olan Avropa İttifaqı ölkələrinin çoxunu geridə qoyub. Həmçinin Dünya İqtisadi Forumunun təsisçisi və fəxri prezidenti Klaus Şvabın hazırladığı qlobal hesabatda Azərbaycan dünyanın ən səmərəli sosial siyasət həyata keçirən ölkəsi kimi xarakterizə edilib".

Tədbirdə çıxış edən xarici qonaqlar da öz ölkələrinin bu sahədəki təcrübələrindən danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video