Alternative content

10:57 12 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
22:58 25.06.2019

Azərbaycanda dini durum sabitdir. Ekstremist və radikal dairələrin din adı altında ayrı-ayrı ölkələrdə törətdikləri fəsadlar, qarşıdurmalar Azərbaycanda mümkün deyil. Çünki Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycanda bütün sahələrdə sabitlik yaradılıb, təhlükəsizlik təmin edilib. Digər tərəfdən, Azərbaycan xalqı özünün dünyagörüşünə, mentalitetinə, həmçinin tolerant dəyərlərinə görə fərqlənən xalqlardandır. Ölkəmizdə bu istiqamətdə hökumətin həyata keçirdiyi siyasət, həmçinin yerlərdə din xadimlərinin səmərəli fəaliyyəti Azərbaycanda ekstremist-radikal qrupların din pərdəsi altında hər hansı hərəkətinin baş verməsinə imkan vermir və verməyəcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şəkidə keçirilən "Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda konfransın yekununda jurnalistlərə müsahibəsində deyib.

Azərbaycanın dövlət-din modelinin bu gün bütün dünya ölkələri üçün örnək olduğunu vurğulayan Dövlət Komitəsinin sədri bildirib ki, hazırda müsəlman ölkələrində bu təcrübə geniş şəkildə öyrənilir.

Son illər Azərbaycanda məscidlərin, ziyarət yerlərinin təmir olunması, yenilərinin tikilməsi istiqamətində çox böyük işlərin görüldüyünü diqqətə çatdıran Mübariz Qurbanlı deyib: "Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdəki fəaliyyətini, gördüyü işləri xüsusilə qeyd etmək lazımdır. Eyni zamanda, Azərbaycanın tolerant dəyərlərinin, multikultural həyat tərzinin dünyada təbliği istiqamətində Fondun gördüyü işlər də beynəlxalq aləmdə böyük əks-səda doğurur”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM