Alternative content

07:35 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya AŞ PA-ya qayıtdı
Rusiya AŞ PA-ya qayıtdı
ANA SƏHİFƏ / DÜNYA
17:27 25.06.2019


Avropa Şurası Parlament Assambleyası (AŞ PA) özünün sanksiya mexanizminin məhdudlaşdırılması barədə qətnamə qəbul etmişdir. Bu, Rusiya nümayəndə heyətinin AŞ PA-ya qayıtmasına imkan yaradır. Nümayəndə heyəti artıq Strasburqdadır.

Qətnamə AŞ PA-nın üzvü Petra de Sutterin məruzəsi müzakirə edildikdən sonra qəbul olunmuşdur. Qətnamənin lehinə 118 deputat, əleyhinə 62 parlamentar səs vermiş, 10 nəfər bitərəf qalmışdır.

Ötən ayın 17-də Avropa Şurası Nazirlər Komitəsinin qəbul etdiyi bəyanata əsasən, bütün nümayəndə heyətləri Avropa Şurası baş katibinin seçkiləri keçiriləcək iyun iclasında iştirak edə biləcək. Nazirlər qeyd etmişdilər ki, AŞ PA-nın büdcəsinə üzvlük haqqının ödənilməsi üzv-dövlətlərin əsas öhdəliklərindən biridir. Rusiya üzvlük haqqı ödəmir. O, Krımın ilhaqı və Ukraynada vəziyyətə görə 2014-cü ilin aprelində AŞ PA-dakı səlahiyyətlərindən məhrum olunmuşdur.

İndi assambleyanın iclasında qəbul olunmuş qətnamə AŞ PA-nın reqlamentinə dəyişikliklər edir və Avropa Şurası Nazirlər Komitəsinin təklif etdiyi kimi, hansısa nümayəndə heyətinin səs hüququndan məhrum olunmasına yol vermir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM