Alternative content

07:38 17 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Meksikada banditlər özünümüdafiə qüvvələrinə hücum etdilər
Meksikada banditlər özünümüdafiə qüvvələrinə hücum etdilər
ANA SƏHİFƏ / DÜNYA
17:26 25.06.2019

Meksikanın Qerrero ştatında banditlərin özünümüdafiə qüvvələri dəstəsinə hücumu nəticəsində azı altı nəfər həlak olmuşdur. Bu barədə "Exselsior” portalı xəbər verir.

Məlumata görə, pusqu Petatlan bələdiyyəsində, El-Kamaron qəsəbəsinin yaxınlığında qurulmuşdu. "İcma polisləri” adlandırılan dəstəyə hücumu kimin təşkil etdiyi hələ ki məlum deyil.

Meksikada ordu və polis nəzarətinin zəif olduğu, habelə narkomafiyanın təsirinə daha çox məruz qalmış yerlərdə sakinlər özünümüdafiə dəstələri yaradırlar. Lakin mərkəzi hakimiyyət orqanları bu cür güc birləşmələrinə ehtiyatla yanaşır. Onları tez-tez mütəşəkkil cinayətkarlığa qarşı mübarizə pərdəsi altında bu və ya digər kartelin rəqiblərinin xeyrinə fəaliyyət göstərməkdə şübhəli bilirlər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM