Alternative content

12:20 08 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
02:09 08.12.2019 İlk qiblə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin 10 illiyi münasibətilə Mədəniyyət Günü keçirilib
Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin 10 illiyi münasibətilə Mədəniyyət Günü keçirilib YENİLƏNİB
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:24 25.06.2019

İyunun 24-də Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGB) tərəfindən bu qurumun 10 illiyi münasibətilə təşkil edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyəti Günü Moskvanın ən mənzərəli guşələrindən birində - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin "Aptekarski oqorod” Nəbatat bağında keçirilib.

RAGB-nin sədri Leyla Əliyeva Azərbaycan Mədəniyyəti Gününün təntənəli açılış mərasimində çıxış edib. Leyla Əliyeva mərasim iştirakçılarını təşkilatın 10 illik yubileyi münasibətilə təbrik edərək deyib: "Çox xoşdur ki, bugünkü tədbir dünyanın ən gözəl bağlarından birində - MDU-nun Nəbatat bağında keçirilir. Bu bağı belə ecazkar edən nədir? Bu, Aleksey Reteyumun rəhbərlik etdiyi bütün kollektivin bitkilərə sevgi ilə qulluq etməsidir. Sevgi dünyanın bəzəyidir, onu daha xeyirxah, daha ədalətli və başlıcası, həqiqi edir. Buna görə də mənə xüsusilə xoşdur ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) sevgi deməkdir. Bu isə öz növbəsində o deməkdir ki, biz həmişə beləcə nurlu, xeyirxah və güclü olacağıq”.

RAGB sədri bildirib ki, birlik 10 il ərzində çox böyük işlər görüb. Rusiya Federasiyasının 49 regionunda bu təşkilatın Azərbaycan gənclərinin 2500-dən çox təşəbbüskar və kreativ nümayəndələrini birləşdirən 55 bölməsi fəaliyyət göstərir. Leyla Əliyeva deyib: "Bizim faydalı layihə və tədbirlərimiz çoxdur, məsələn, RAGB-nin hər il keçirilən "Gələcəyə addım” və "İxtisas qazanılmasına kömək” mövzularında payız və qış liderlik məktəbləri. Bundan əlavə, RAGB gənclərin və tələbələrin 2017-ci ildə Soçidə keçirilmiş XIX Ümumdünya festivalının iştirakçısı olub. RAGB-nin bu tədbirdə iştirakı bizim işimizə verilən yüksək qiymətdir. Festival təcrübə və ideyalar mübadiləsi, yeni tanışlıqlar və dostluq əlaqələri qurulması üçün gözəl məkandır. Siz hər hansı şəxslə yalnız üzbəüz ünsiyyətdə olarkən onu tanıya, onun haqqında həqiqəti öyrənə bilərsiniz. Bu, həm də bizim gənclərin Azərbaycanın zəngin, qədim mədəniyyətini, tarixini və ənənələrini təbliğ etmək üçün bir fürsətidir”.

RAGB sədri vurğulayıb ki, Azərbaycan ilə Rusiyanı ortaq tarix, mədəniyyət, habelə iki xalq arasında ənənəvi dostluq telləri birləşdirir. O deyib: "Azərbaycanda böyük rus mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına və poeziyasına dərin sevgi ilə yanaşırlar. Çox sevindirici faktdır ki, bizim gənclər Rusiya cəmiyyətinə inteqrasiya edir və eyni zamanda, öz ənənəvi köklərini qayğı ilə qoruyub saxlayırlar. RAGB-nin başlıca vəzifəsi xeyirxah və faydalı işlər görməkdir. Biz artıq neçə ildir ki, "Qanın milləti yoxdur” adlı təmənnasız qanvermə aksiyaları keçirir, təhsil əlaçılarını dəstəkləyir və həvəsləndirir, Rusiyada keçirilən peşə müsabiqələrində iştirak edir, "Nə? Harada? Nə vaxt?”, Şən və Hazırcavablar Klubu (ŞHK) kimi populyar intellektual oyunlar təşkil edir, uşaq evlərinə, qocalar evlərinə baş çəkir, ehtiyacı olanların hamısına kömək əlimizi uzadırıq”.

Leyla Əliyeva vurğulayıb ki, Birliyin üzvləri sağlam həyat tərzinə xüsusi diqqət yetirməlidirlər. O deyib: "Təbiətin qoynunda çoxlu vaxt keçirən, sağlam qida qəbul edən, siqaret çəkməyən, idmanla məşğul olan, hərəkətdə olan, ən başlıcası, öz beynini mənfi informasiya və fikirlərlə doldurmayan insanın həkimə ehtiyacı olmayacaq, belə insan həmişə sağlam olacaq. Artıq neçə ildir ki, RAGB mini-futbol üzrə çempionat, Heydər Əliyev adına Kubok, RAGB Universiadası, idman oyunları və turizm toplantıları keçirir. Rusiyalı gənclər bizim bütün tədbirlərdə məmnuniyyətlə iştirak edirlər və buna görə mən sizə çox təşəkkür edirəm. Əminəm ki, bizim dostluğumuz daha da möhkəmlənəcək”.

Bəşəriyyətin gələcəyinin bir sıra ekoloji problemlərin həllindən asılı olduğunu vurğulayan Leyla Əliyeva deyib: "Təbiət çoxdandır ki, bizə siqnal verir, bizim onu müdafiə etməyimizə çox ehtiyac var. Yer kürəsi bizim ümumi evimizdir, buna görə də planetimizin qorunub saxlanması və abadlaşdırılması məsələsi birgə həll edilməlidir. Soçidə bəbirlərin populyasiyasının bərpası mərkəzi ilə bizim ekoloqların birgə səyləri buna misaldır. Mən çox ümidvaram ki, biz vəhşi heyvanların bu nadir növünü qoruyub saxlamaq üçün əlimizdən gələni edə biləcəyik. Bizim IDEA Beynəlxalq kampaniyamız Həştərxanda körpə nərə balıqlarının Xəzər dənizinə buraxılması üzrə ekoloji tədbirdə iştirak edib. Çox ümid edirəm ki, biz ən qədim və maraqlı heyvanlardan biri olan Xəzər nərəsinin populyasiyasını bərpa edə biləcəyik. Bu yaxınlarda biz Vyaçeslav Fetisovla birlikdə Azərbaycanda nərə balıqlarını Xəzər dənizinə buraxdıq. İnsan bunu öz əli ilə edəndə keçirdiyi hissləri sözlə ifadə etmək çətindir”.

RAGB sədri ümidvar olduğunu bildirib ki, birliyin üzvləri ağacəkmə aksiyası keçirəcəklər. O deyib: "Bu günə qədər IDEA Azərbaycanda 5 milyondan çox ağac əkib. IDEA suya qayğıkeş münasibət və plastik tullantıların ətraf mühitə təsiri mövzusunda seminarlar keçirir. Ən başlıcası, hər birimiz yadda saxlamalıyıq ki, əgər biz öz həyat tərzimizə bəzi dəyişikiliklər etsək, onda özümüz təbiətin və planetin qorunmasına çox böyük töhfə verə bilərik”.

Leyla Əliyeva vurğulayıb ki, RAGB-nin qapıları milliyyətindən, dini etiqadından və yaşından asılı olmayaraq hər kəsin üzünə həmişə açıqdır. RAGB sədri sonda deyib: "Bu qapılar xeyirxah işlər görməyi, dünyamızın daha parlaq və daha yaxşı olmasını arzu edən hər kəs üçün açıqdır. Biz bir insana yaxşılıq edəndə, ilk növbədə, özümüzə hədiyyə edirik. Arzum budur ki, biz həmişə birlikdə olaq və dostluğumuzu genişləndirək. Ən başlıcası, hər birimiz özümüzə inanaq, öz qəlbimizin səsini eşidək, heç vaxt ümidsizliyə qapılmayaq və ruhdan düşməyək. Yadda saxlayın, səhvlər onun üçündür ki, biz daha yaxşı olaq, axı həqiqətən, səhv etməyən insan irəliyə getmir. Özünüzə, bizə, yaxşılığa, işığa, sevgiyə inanın. Həyata inanın, çünki bu, bizim malik olduğumuz ən qiymətli nemətdir. Tanrı bizim hamımıza cansağlığı, xoşbəxtlik və bol sevinc bəxş etsin. Tanrı bizim ölkələrimizə uğurlar və firavanlıq bəxş etsin!”

M.V.Lomonosov adına MDU-nun rektoru Viktor Sadovniçi çıxış edərək dedi ki, bu gün MDU-nun Nəbatat bağında mühüm bir hadisə baş verir, çünki bu hadisə gəncliklə bağlıdır. Rektor Azərbaycan Prezidentinin Bakıda MDU-nun filialının açılmasına göstərdiyi köməyə görə ona təşəkkürünü bildirib. "Filial gözəl ali təhsil müəssisəsidir. O, yeni ərazidə tikilib, onun kampusu unikaldır, filialda oxuyan tələbələr isə Moskva Universitetinin diplomunu alırlar. Əlbəttə, bu, ölkənin elm və təhsil elitasıdır. Mən taleyimdən çox razıyam ki, Heydər Əliyev ilə şəxsən tanış olmaq şərəfinə nail olmuşam. Onunla görüşlərimdən biri barədə danışmışam. Protokol üzrə bu görüş üçün 20 dəqiqə planlaşdırılırdı, amma biz iki saatdan çox söhbət etdik, həyatımızın hələ Sovet İttifaqı dövrünə aid çoxsaylı epizodlarını xatırladıq. Heydər Əliyev mənim nəzərimdə nurlu insandır, Azərbaycan tarixində onun rolunu yaxşı başa düşürəm”, - deyən Viktor Sadovniçi daha sonra vurğuladı ki, RAGB öz qarşısına çox nəcib məqsəd və vəzifələr qoyur. Rektor dedi: "İstərdim ki, xeyirxahlıq, gözəllik naminə çalışan, ekologiyanı xilas edən təşkilatlar çox olsun”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək dedi: "Çox vacibdir ki, Rusiyada yaşayan azərbaycanlıların yeni nəsli özlərini bu böyük ölkənin vətəndaşları kimi hiss etsinlər, işləsinlər, inkişaf etsinlər”. Səfir daha sonra dedi: "Leyla xanım gənclərin üstünlük verməli olduğu dəyərləri çox düzgün təyin etdi. Bu gün biz bu gözəl bağda buraya gələrkən Leyla xanımla fikir mübadiləsi etdik ki, bu gözəl bağa hökmən Azərbaycandan gətirilmiş ağacları hədiyyə etmək lazımdır, bu ağaclar bitəcək, bizim xalqlarımızın və dövlətlərimizin dostluğunun rəmzinə çevriləcək. Arzum budur ki, RAGB bundan sonra da Leyla Əliyevanın rəhbərliyi ilə fəal işləsin”.

BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov Bakıya səfəri barədə söhbət açdı və qeyd etdi ki, həmin səfər müddətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə ekologiya barədə çox söhbət edib. V.Fetisov dedi: "Leyla Əliyeva uzun illərdir ki, bu məsələ ilə məşğul olur. Mən BMT-nin ətraf mühit üzrə səfiri kimi deyə bilərəm ki, gənclər bizim hamımızı gələcək barədə düşünməyə və ola bilsin, gələcəyə münasibətdə bütün dünya nizamını dəyişməyə məcbur edəcək. Leyla Əliyeva dedi ki, Yer kürəsi bizim ümumi evimizdir. Mən Leylaya təşəkkür edirəm ki, o, həyatın mənasını anlayır. RAGB-nin son on ildə gördüyü işlər hər kəsə nümunədir”.

V.Fetisov qeyd etdi ki, Bakıya hər dəfə böyük məmnuniyyətlə gedir. Əfsanəvi idmançı dedi: "Bakıya çoxdan vurulmuşam, hər dəfə oraya gələndə başa düşürəm ki, Azərbaycan xalqının qonaqpərvərliyi bu xalqın həyat tərzidir”.

Mədəniyyət Günü çərçivəsində RAGB fəallarının mükafatlandırılması mərasimi keçirilib. RAGB-nin sədri Leyla Əliyeva fərqlənənlərə "RAGB-nin ən fəal könüllüsü”, "RAGB-nin ən uğurlu idmançısı”, "Ən yüksək müvəffəqiyyət dərəcəsi olan tələbə”, "Ən fəal regional bölmələr”, "Təşkilatın həyatında səmərəli fəaliyyətinə görə” nominasiyalarında xatirə diplomları təqdim edib.

Bayram tədbiri ustad dərslərinin, sərgilərin keçirildiyi, milli atributlar, musiqi alətləri, geyimlər və xalçalarla bəzədilmiş xüsusi fotozonaların təşkil olunduğu bir neçə məkanda davam edib. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyəti ilə tanış olmaq üçün "AMOR” jurnalının 10 il ərzində çapdan çıxmış nömrələrinin, habelə Azərbaycan klassiklərinin kitablarının təqdim edildiyi oxucu guşəsi yaradılıb.

Tədbir "Qolos” layihəsinin finalçısı Emil Qədirovun, "Qolos deti” şousunun finalçısı Azər Nəsibovun, "Qarabağ” rəqs ansamblının iştirakı ilə açıq səma altında konsertlə başa çatıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM