Alternative content

11:22 16 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
ANA SƏHİFƏ / SİYASƏT
17:20 25.06.2019

"Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər” mövzusundakı seminar çərçivəsində keçirilən sessiyalarda qərarvermədə, dövlət xidmətinin və ictimai xidmətin çatdırılmasında həssas qrupların roluna dair fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, BMT-nin ətraf mühitin inkişafı şöbəsinin müdiri Katinka Vaynbertgerin moderatorluğu ilə keçən seminarda çıxış edənlər Cənub-Şərqi Asiya və Sakit okean regionu ölkələrində rəqəmsal bərabərsizlik hallarının çoxluğu, Nepalda hökumət orqanları, bələdiyyətlər və özəl sektorla birgə həssas qruplarla aparılan iş, Malayziyada sahibkarlıq subyektləri ilə əməkdaşlıq fonunda həyata keçirilən tədbirlər barədə danışıblar. Afrika Gənclər Komissiyasının sədri Natalya Mükundane ən həssas qruplara aid olan uşaq və gənclərə göstərilən diqqət və qayğı, həmin təbəqələrə məxsus olanlar arasında regionda mövcud olan stiqma, fiziki məhdudiyyətli gənclərin problemləri barədə məlumat verib.

Müzakirələr zamanı Koreyada həssas qruplardan sayılan ahıllar, xüsusilə qadınlara qarşı zorakılıq halları, sosial ayrı-seçkilik, həmin qrupa məxsus olanların bir qrupunun səhiyyə xidmətindən kənarda qalması, İndoneziyada zəka məhdudiyyətli insanlara göstərilən xidmətlər, onların üzləşdikləri problemlər, Sinqapurda ahıllar arasında həyata keçirilən fitnes, eləcə də rifah və qidalanma proqramları, sunami hadisələri zamanı vəziyyətdən çıxış yolları barədə bəhs olunub. Filippin Universitetinin professoru Benjamin Abalos fiziki məhdudiyyəti olanlara göstərilən səhiyyə xidməti, autizmli uşaqların cəmiyyətə inteqrasiyası, onların peşə hazırlığına cəlb edilməsindən danışıb.

Müzakirə olunan məsələlərlə əlaqədar sual-cavablar aparılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM